Menu

BENZİN BAHALAŞDI - Dizelin qiyməti də artdı + YENİ TARİFLƏR

30.12.2025, 23:30
BENZİN BAHALAŞDI - Dizelin qiyməti  də artdı + YENİ TARİFLƏR

Azərbaycanda benzinin qiyməti 5 qəpik artırılıb.

Bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Məlumata görə, Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib.

Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.

Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.

Yanacaq tariflərinin müəyyən hissəsi "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.

Şərhlər

İ.Mustafaoğlu 2025-12-31 21:35:18

Yanacağın qiymətinin qalxması, Az təminatlı ailələrin yaşayışının ağır olmasına və Kənd Təsərreüfatın məhv olmasına gətirib çıxaracaqdır. Yanacağın qiymətinin qalxması onu göstərir ki, hər şeyin qiyməti qalxacaqdır , xüsusilə Nəqliyyat marşurutları. Yanacağın qiymətini qaldırmaqdansa, nazirliklərdə, Komitəərdə, İdarə və müəssisələrdə izafi xərclərin qarşısı alınmasına cəhfd göstərilsə böyük bir effekt verər, büdcə kəsiri yerinə yetirilər. Yoxlamalar bərba olunmalıdır, yoxlamaların olmaması, Büdcənin yerinə yetirilməsinə maeçilik törədir!

Qabil 2025-12-31 14:34:35

Şərəfsiz Şərəfsiz süstlü püslü bəhanələrinə baxineee bunların. Hansı "keyfiyyətdən" gedir söhbət

Vahid 2025-12-31 13:58:06

Hökumətimiz başda Əli Əsədov artıq neçə ildir bayramları ərəfəsində Azərbaycan xalqını qiymətləri qaldırmaqla sevinclərinə zəhər qataraq təbrik edir. Sanki, bu xalqa dərin patoloji nifrəti var və istəmir ki, bayram sevinci yaşayaq. Vallahi belədir. Yoxsa bu qiymət artımını 5-10 gün sonraya saxlamaq olmazdımı?

MRP 2025-12-30 21:57:39

Tarif şurası heç kəsə yox deməyən fahişə qadın kimidir.Yetər ki ona qiymət artımı ilə bağlı müraciət olunsun.

Kasıb 2025-12-30 20:48:52

Hər şeyin qiyməti qalxır biz biz insanlar qiymətdən düşürük

Aytəkin 2025-12-30 18:11:40

Bir ildir dünyada neft üiyməti düşdüyü zaman, büdcəyə daxil olan vəsaitin azalmasın adi insanların mı hesabına həll etmək lazımdır?! Bu necə sosial ədalətdir, yalandan bütün günü danışılır....?! Neft bahalaşamda da qiymət qalxır, neft ucuzlaşanda da...

Rr 2025-12-30 17:09:13

EL HELAL !!!!!

sadiq 2025-12-30 16:40:32

yanacağın qiymətinin artması yeni ildə hər şeyin qiymət artımına səbəb olacaq. tarif şurası deyilən hər hansı qurum məsələni araşdırmadan tələsik qərar verib.

Elşən 2025-12-30 15:41:41

Bəli elə də olmalıdı axı biz Benzini dizeli Ermənistandan alırıq ona görə bizdə baha olmalıdı Ermənistanda ucuz o yazıqlar çox əziyyət çəkirlər nefti çıxartmaq elə də asand deyil erməni xalqı çox əziyyət çəkir

Mubariz 2025-12-30 15:28:19

Gözümüz aydın ,Azərbaycan sürətlə « sosial » yönümlü « dövlətə » çevrilməkdədir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol