Menu

İŞIQ VƏ TƏBİİ QAZ ÜÇÜN SABİT TARİFLƏR MÜƏYYƏNLƏŞDİRİLDİ - Tarif Şurasının məlumatı

30.12.2025, 23:33
İŞIQ VƏ TƏBİİ QAZ ÜÇÜN SABİT TARİFLƏR MÜƏYYƏNLƏŞDİRİLDİ - Tarif Şurasının məlumatı

Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Tarif Şurasının məlumatında qeyd olunub.

“Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib.

Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib. Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.

Şərhlər

Müəllim 2026-01-02 22:01:20

Tarif şurasını qərarları prezidentlə razılaşılırmı? Axı bu davamlı əsassız və nəynsə hsabına tariflətinbahalaşması əhaliyə bu çətin yaşam şəraitində böyük zərər yetiriraxı bir də Azərbaycan o qədər iqtisadicəhəydən zəif deyiıki.xalqının cibnə girsin.Bəs bu nə hoqqabazlıqdır ?Benzin,qaz,elrktrik enerjisi bahalaşır.sabah isə əraq vəsair avtomatik bahalaşacaq. Səbəbsiz yerə əhaliyə qəsd edilir.

Cəlilabad l 2025-12-31 22:41:51

ALLAH belanızı versin bu soyuqda her il qaldrırsz

Сан Саныч 2 2025-12-31 13:16:15

Зачем блокируете комментарии, что правда глаза колет.

Vətəndaş 2025-12-31 12:40:10

anlaşılmaz məlumatdır.Konkret yazın əhalianlasın ki.hər ay elektrikenerjisin və az istehlakına nə qədər ödəməlidirlər.bu 1 manat 1 kub qazın vəya 1 kvt enerjinin qiymətidir?sayqacların göstərişinecə hesablanacaq vəya hesablanmayacaq .Bnlar haliyəaydın göstərilməlidir. Anlaşılması aydın olmayan məlumat çaşqınlıq yaradır.

Gəncə 2025-12-31 00:41:07

Allah bəlanızı versin inşallah bu təzə ildə

ƏNHU 2025-12-30 20:25:06

Tarif şurası yenə həmişəki kimi millətlə qarğa dilində danışır. Bir kəlməsini başa düşmək olmur. Yəqin yenə nə isə hiylələri var. Öz başlarında çatlasın.

Cəlilabad 2025-12-30 18:25:33

Elə edin qaza da işıq kimi əlimizi vurmaayaq vurar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol