Praqadakı “Rus Evi”-nin binasına “Molotov kokteyli” ilə hücum edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə qurumun direktoru İqor Girenko mediaya məlumat verib.
Məlumata görə, naməlum şəxslər qurumun kitabxanasının pəncərələrini sındırmağa cəhd ediblər. Binaya cəmi altı “Molotov kokteyli” atılıb, onlardan yalnız yarısı partlayıb və yanğın baş verib.
Girenko iddia edir ki, “Rus Evi”-nə hücumun tarixi təsadüfi seçilməyib. Belə ki, 27 martda binada Çexiyada Rusiya Mədəniyyəti Günlərinin yekun tədbiri keçiriləcəkdi. O, Çexiya hüquq-mühafizə orqanlarının hücum edənləri tez bir zamanda müəyyən edib onları məsuliyyətə cəlb edəcəyinə ümid etdiyini bildirib.
Praqa polisi öz növbəsində əmlaka dəyən ziyanla bağlı cinayət işinin açıldığını bildirib.
“AzPolitika.info”

Şərhlər