Livan Prezidenti bu gün verdiyi bəyanatda İsrail ilə birbaşa danışıqların məqsədinin “Hizbullah”la münaqişəyə son qoymaq olduğunu açıqlayıb.
Prezident öz çıxışında vurğulayıb ki, əsas hədəfi 1949-cu ilin barışıq sazişinə bənzər bir sənədlə İsrail ilə müharibə vəziyyətini bitirməkdir. O, danışıqlar prosesi ilə bağlı mövqeyini də ifadə edib.
“Sizi əmin edirəm ki, heç bir alçaldıcı razılaşmanı qəbul etməyəcəyəm”, - deyə o, bildirib.
Livan lideri ölkə daxilində ona qarşı səslənən ittihamlara da cavab verib.
O, ölkəni fəlakətə sürükləyənlərin indi hakimiyyəti günahlandırmasına toxunaraq qeyd edib: “Bizi Livanda müharibəyə sürükləyənlər, indi danışıqlara getmək qərarı verdiyimiz üçün bizdən hesabla soruşmağa çalışırlar. Bizimetdiklərimizxəyanətdeyil. Xəyanətodurki, sən öz ölkəni özgə maraqları naminə müharibəyə aparasan”.
Xatırladaq ki, Livan Prezidentinin bu bəyanatından bir qədər əvvəl “Hizbullah” lideri Naim Qasem İsrail ilə nəzərdə tutulan birbaşa danışıqları rədd edib. O, bu addımı ölkənin sabitliyinə zərbə vuran “ağır günah” adlandırıb.
“AzPolitika.info”

Şərhlər