"Azərbaycanda muzdlu çalışanların maaşlarını istədikləri bank vasitəsilə əldə etməsinə şərait yaradılacaq".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında jurnalistlərin suallarınl cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aktiv əməkdaşlıq aparılır və artıq texniki inteqrasiyalar həyata keçirilir.
T.Kazımov bildirib ki, planlara əsasən, yaxın 2-3 ay ərzində əmək haqqının liberallaşdırılması mərhələsinə start verilə bilər: "İstəyimiz odur ki, həm dövlət, həm də özəl sektorda çalışan muzdlu işçilər istədikləri bankda rahat şəkildə maaşlarını ala bilsinlər. Növbəti mərhələdə bu imkan pensiyaçılara və sosial müavinət alanlara da şamil olunacaq. Layihə çərçivəsində xüsusi işçi qrupu fəaliyyət göstərir və prosesin vətəndaş üçün maksimum sadə olması hədəflənir. Biz istəyirik ki, bu, heç kimdən asılı olmayan, vətəndaşın öz seçiminə bağlı bir sistem olsun".
Mərkəzi Bankının sədri əlavə edib ki, həm İT infrastruktur, həm də proqram təminatı istiqamətində işlər davam edir və prosesin bu il tamamlanması planlaşdırılır: "Düşünmürük ki, bu, uzun müddət çəkəcək. Yəqin ki, yaxın 3-4 ay ərzində bunu yekunlaşdıracağıq".
Qeyd edib ki, bu dəyişiklik bank sektorunda rəqabətin artmasına və xidmət keyfiyyətinin yüksəlməsinə təsir göstərə bilər.
"AzPolitika.info"

Şərhlər
SALAM hörmətli Azpolitika, yeni dizaynın müsbət tərəfləri çoxdur. Lakin diqqətdən kənarda qalmış bir vacib məqam var. Biz əvvəlki versiya gün ərzində dərc olunan materialların başlıqlarını ümumi siyahıdan oxuya bilirdik. Və bu günün mənzərəsi haqda ümumi təsəvvür yaradırdı. İndi isə belə bir imkan yoxdur.
Ölkəmiz nədənsə, gündəlik təbii tələbatımızı tam ödəyəcək, dünyəvi yüksək tələbat keyfiyyətli əlavə cəzb edici dəyərli məhsullaristehsalı əvəzinə əlavə vergi, rüsum, cərimə, çox pilləli ötürmə (откат) əməlli *İŞ*ləri, *Biznesi* ilə daha iri məbləğ və eləcə əməllərlə dəyərsizləşən büdcəyə meyilli görünür? *İşə götürən* nədən, *İşçinin* maaşını birbaşa ödəməyib, harasa, kiməsə ötürsün?
salam, Pensiyaçılar üçün " Vahid bank kartı" tətbiq olunması daha məqsədəuyğun olardı.