Xəbər verdiyimiz kimi, dünən axşam Latviyanın Müdafiə naziri Andris Spruds istefa verib.
“AzPolitika” xəbər verir ki, buunla bağlı açıqlama vrən Latviyanın Baş naziri Evika Silinaçr, Sprudsun ictimaiyyətin, eləcə də onun özünün etimadını itirdiyini bildirib. Onun sözlərinə görə, bu vəzifə polkovnik Raivis Melnisə təklif edilib və o da bunu qəbul edib.
Ötən həftə hakimiyyət orqanları Rusiya ərazisindən gələn iki PUA-nın Latviyada boş neft çənlərinə çırpıldığı və yanğına səbəb olduğu barədə məlumat yayıb. Ölkənin üç bölgəsində hava hücumu siqnalları eşidilib.
"Bu həftə baş verən dron hadisəsi açıq şəkildə nümayiş etdirdi ki, müdafiə sənayesinin siyasi rəhbərliyi ölkəmiz üzərində təhlükəsiz səma vədini yerinə yetirməyib. Bu, aydın nəticələr tələb edən böyük bir məsuliyyətdir", - deyə Baş nazir bildirib.
Nazir özü isə deyib ki, Latviyanın müdafiə qabiliyyəti "yüksək səviyyədədir". "Daha çox görüləcək iş varmı? Bəli, amma Latviya ordusu müttəfiqləri ilə birlikdə bu gün Latviyanı müdafiə etməyə hazırdır", - deyə o bildirib.
Nəticə etibarilə, jurnalistlərlə söhbət zamanı Spruds istefasının öz qərarı olduğunu deyib, Baş nazirin açıqlamalarını isə "siyasi oyunbazlıq" adlandırıb.
Spruds daha əvvəl qeyd etmişdi ki, Latviyaya düşən PUA-lar təsadüfən ölkə sərhədlərini keçən Ukrayna Silahlı Qüvvələrinin dronları ola bilər. Bu versiyanı Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa da təsdiqləyib.
"Araşdırmalar sübut etdi ki, bu, Rusiyanın Ukrayna dronlarını Rusiya Federasiyasındakı hədəflərdən yayındırmaq üçün elektron mübarizə vasitələrindən istifadə etməsinin nəticəsidir", - deyə o, “X”-də yazıb.
“AzPolitika.info”

Şərhlər