“PSJ”-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya rusiyalı jurnalistin sualına cavab verməkdən imtina edib. 

“AzPolitika” xəbər verir ki, gürcü futbolçu Çempionlar Liqasının final görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən maraqlı anlar yaşanıb.

Sosial mediada sürətlə yayılan videodan görünür ki, jurnalistlərdən biri ona rus dilində sual verir:

— Xviça, rus dilində soruşa bilərəmmi: hissləriniz necə idi? Yenə də...

Kvaratsxeliya ingilis dilində cavab verir:

— Xeyr, danışa bilmərəm, üzr istəyirəm.

Daha sonra ona gürcü dilində sual verilir və futbolçu həmin suala öz dogma dilində cavab verməyə başlayır.

Xatırladaq ki, Kvaratsxeliya 2025/26 Çempionlar Liqası mövsümünün ən yaxşı oyunçusu seçilib. O, əvvəllər Rusiyada “Lokomotiv” və “Rubin” komandalarında oynayıb və sözsüz ki, rus dilini də yaxşı bilir...

“AzPolitika.info”