Ötən gün bir sıra milli komandalar yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, yığmamızın Rusiya ilə səfərdəki matç günündə qardaş ölkənin millisi də meydana çıxıb.
Belə ki, Türkiyə komandası AVRO-2016-nın seçmə mərhələsi öncəsi səfərdə Danimarkanın qonağı olub. “Ay-ulduzlular” rəqibini 1:2 hesabı ilə məğlub edib.
Son dünya çempionu Almaniya finalda qalib gəldiyi Argentinaya uduzub – 2:4.
Digər görüşlərdə isə Litva BƏƏ ilə, Mərakeş Qətərlə heç-heçə edib. Ukrayna Moldovanı, Latviya Ermənistanı, ABŞ Çexiyanı, İrlandiya Omanı üstələyib.
Yoldaşlıq oyunu
3 sentyabr
Litva – BƏƏ - 1:1
Ukrayna – Moldova - 1:0
Latviya - Ermənistan - 2:0
Danimarka - Türkiyə - 1:2
Çexiya – ABŞ - 0:1
Almaniya – Argentina - 2:4
İrlandiya – Oman - 2:0
Mərakeş - Qətər - 0:0

Şərhlər