Rusiya hakimiyyətində təmsil olunanların bir çoxunun övladları ölkədən kənarda yaşayır. Bu barədə müxalifət lideri Boris Nemtsov öz Facebook səhifəsində yazıb. Nemtsov kimin vətənpərvər, kimin isə vətən xaini olduğunu sual edib məmurların, həmçinin müxalifət nümayəndələrinin övladlarının yaşayış yerini göstərir.
Nemtsovun sözlərinə görə, özünün, Kasyanovun, Navalnının və Qudkovun övladları Rusiyada yaşayır. Rusiya prezidenti Vladimir Putinin hər iki qızı Avropada yaşayır. (Boinqin qəzasına qədər Mariya Hollandiyada, Katerina Almaniyada yaşayırdı. İndi hər ikisi Almaniyada yaşayır. Lavrovun qızı Kolumbiya universitetini (Nyu-York) bitirib və ABŞ-da yaşayır.
Vahid Rusiya partiyasında olan vitse-spiker Jelesnyakın qızları Avropada yaşayır – Katya İsveçrədə, Nastya və Liza Londonda. Rusiya dəmir yolunun prezidenti Yakuninin iki oğlu Avropada yaşayır – Andrey İsveçrədə, Viktor Londonda. Fetisovun uşağı ABŞ-da yaşayır və rus dilində danışa bilmir. Kozak və Nikonovun övladları da ölkə xaricində yaşayır və oxuyur. Yetimlərlə mübarizə aparan Astaxovun övladları Nitsada doğulub və Avropada yaşayır. Ənənəvi dəyərlər, pravoslaviye və millilik uğrunda mübarizə aparan Mizulina oğlu Kolyanı yaşamağa və oxumağa Belçikaya göndərib. İndi sual yaranır: kim vətənpərvərdi, kim vətən xaini? Hakimiyyət yoxsa müxalifət? (azadliq.info)

Şərhlər