“24/7 Wall Street” saytı, Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik Hesabatı 2013-2014”əsasında dünyanın ən güclü iqtisadiyyatına malik ölkələri sıralayıb.
Sıralamada ölkələrdə adam başına düşən milli gəlir, ölkənin borcunun ümumi daxili məhsuluna (ÜDM) nisbəti, əhalinin internetdən istifadəsi nisbəti və iş dünyasında qarşılaşılan ən böyük problemlər nəzərə alınıb. Qısası, dünyanın ən güclü iqtisadiyyata malik 10 ölkəsi.
1- İsveçrə
Adam başına düşən milli gəlir 47 min dollardan çoxdur. Ölkənin borcunun ÜDM-nə nisbəti 49,4%-dir. Ölkədə internetdən istifadə nisbəti 86,7% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem kifayət qədər təhsilli işçi qüvvəsinin olmamasıdır.

2- Sinqapur
Adam başına düşən milli gəlir 64 min dollardan çoxdur. Ölkənin borcunun ÜDM-nə nisbəti 103,8%-dir. Ölkədə internetdən istifadə nisbəti 73% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem sərt məşğulluq bazarı qaydalarıdır.

3- ABŞ
Adam başına düşən milli gəlir 54 min dollardan artıqdır. Ölkənin borcunun ÜDM-ə nisbəti 104,5%-dir. Ölkədə internetdən istifadə nisbəti 84,2% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem vergi dərəcələridir.

4- Finlandiya
Adam başına düşən milli gəlir 36 min dollardan çoxdur. Ölkənin borcunun ÜDM-nə nisbəti 57%-dir. Ölkədə internetdən istifadə nisbəti 91,5% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem vergi dərəcələridir.

5- Almaniya
Adam başına düşən milli gəlir 40 min dollardan çoxdur. Ölkənin borcunun ÜDM-nə nisbəti 78,1%-dir. Ölkədə internetdən istifadə nisbəti 89,9% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem sərt məşğulluq bazarı qaydalarıdır.

6- Yaponiya
Adam başına düşən milli gəlir 38 min 297 dollardır. Ölkənin borcununÜDM-nə nisbəti 243,2%-dir. Ölkədə internetdən istifadə nisbəti 86,3% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem yüksək vergi dərəcələridir.

7- Honq-Konq
Adam başına düşən milli gəlir 55 min 383 dollardır. Ölkənin borcunun ÜDM-nə nisbəti 74,9%-dir. Ölkədə internetdən istifadə nisbəti 93,9% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem sərt yenilikçilik sahəsində kifayət qədər gücün olmamasıdır.

8- Hollandiya
Adam başına düşən milli gəlir 42 min 143 dollardır. Ölkənin borcunun ÜDM-nə nisbəti 33,8%-dir. Ölkədə internetdən istifadən nisbəti 74,2% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem sərt məşğulluq bazarı qaydalarıdır.

9- İngiltərə
Adam başına düşən milli gəlir 38 min 309 dollardır. Ölkənin borcunun ÜDM-nə nisbəti 90,1%-dir. Ölkədə internetdən istifadə nisbəti 89,8% təşkil edir. İş qurarkən qarşılaşılan ən böyük problem maliyyə vəsaitini tapmaqdır.

10- İsveç
Adam başına düşən milli gəlir 42 min 146 dollardır. Ölkənin borcunun ÜDM-nə nisbəti 41,4%-dir. Ölkədə internetdən istifadə nisbəti 95%-ə yaxındır. İş qurarkən qarşılaşılan ən böyük problem yüksək vergi dərəcələridir.

/marja.az

Şərhlər