İnterpress.az xəbər verir ki, “qanuni oğru”nun “Mercedes” S-Class W222 və qalendevagen markalı avtomobilləri gülləyə tutulub. Bu zaman maşınlarda Parpaliyanın mühafizəçiləri də olub.

Kalaşnikov avtomatından atəşə tutulan maşınlarda olan 3 mühafizəçi yaralanıb. Həmçinin yaralılar arasında iki qız da var.

Məlumatlara görə “qanuni oğru”nü müşayət edən qızlardan biri aldığı güllə yarasından dünyasını dəyişib. “Qanuni oğru” özü isə avtomobildən düşərək gizlənə bilib.