QARAYEVİN QARA ÜZÜ – “Mədəni talan”ın məsuliyyəti kimin boynunda qaldı?

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra nazir Əbülfəs Qarayevin yaxın müddətdə vəzifəsindən uzaqlaşdırılacağı ehtimalı kifayət qədər yüksək idi. Gözlənilən oldu və ölkə başçısı Qarayevi nazir postundan azad etdi. Lakin hələ də ictimaiyyəti düşündürən əsas sual nazirlikdə aparılan əməliyyatın, araşdırmanın və onun nəticələrinin haraya qədər uzanacağı ilə bağlıdır.

Xatırladaq ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət və korrupsiya əməllərində ittiham olunur. İstintaq araşdırmaları zamanı tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən olunub. Hər iki məmurla bağlı həbs qətimkan tədbiri seçilib.

Bundan sonra haqlı olaraq, cəmiyyətdə sözügedən nazirlikdəki korrupsiya əməllərinin nazirdən xəbərsiz törədilməsinin mümkün olmadığına dair qənaət formalaşıb və bununla bağlı şəxsən Əbülfəs Qarayevin ünvanına açıq ittihamlar səsləndirilib. Belə ittihamları səsləndirənlər sırasında deputatlar xüsusilə seçiliblər. YAP-çı deputat Siyavuş Novruzov isə Ə.Qarayevi istefaya çağırmaqla yanaşı, hüquq-mühafizə orqanlarının nazirin aşkar olunan korrupsiya cinayətlərində iştirakının araşdırıldığını bildirdi. Bu, kifayət qədər ciddi siqnal idi.

Onu da qeyd edək ki, Rafiq Bayramovun və Zakir Sultanovun istintaqa elə ilk ifadələrindəcə Əbülfəs Qarayevi “baqaja qoyduqları”na şübhə edənlər çətin tapılar. Bunu hətta DTX-nın kameralarına danışan həmin məmurların xarici görünüşündən, üz ifadələrindən də anlamaq çətin deyildi. Ancaq rəsmi olaraq, bu barədə məlumat verilmədi və təbii ki, onların ilkin ifadələrinin tam mətni hələ ki, geniş ictimaiyyətə açıqlanmayıb. Ancaq belə görünür ki, hər halda dövlət başçısı bu ifadələrlə tanışdır....

Həbs olunan “mədəni məmurlar”ın hansı ifadələr verməsindən asılı olmayaraq, bu cür iri həcmli korrupsiya əməllərinin nazirin bilgisi və razılığı əsasında törədildiyi gün kimi aydındır. Bunu istər sıravi vətəndaş, istərsə də irili-xırdalı istənilən məmur gözəl bilir. Ona görə hətta sabiq Təhsil naziri Misir Mərdanov da “bir nazir bu qədər vaxtda öz müavinin əməllərindən xəbərsiz ola bilərmi” sualına cavab verərkən “bu barədə konkret bir söz deyə bilmərəm” deyərək, dolayısı ilə bunun mümkünsüz olduğunu təsdiqləmişdi...

İndi isə əsas məsələ bu işdən Ə.Qarayevin sadəcə kreslosu ilə vidalaşmaqla yaxasını qurtarıb-qurtarmayacağıdır. Hər halda bunu yaxın zamanda görəcəyik...

C.Məmmədov

“AzPolitika”

635x100

Şərhlər

Əhməd 2020-05-25 11:38:16

Yazıq Azərbaycan,hər şeyni icra başçıları,nazirlər,əsli bizdən olmayanlar sökürlər.Ölkədə sahib olsa belə olarmı? 17 il buna imkan və göstəriş verənlər indi kosmetik,gözə kül üfürmək effektli işlərl keçələri ört-basdır etmək fikrinə düşüb cidanı çuvalda gizlətməyə çalışırlar...

Tanish 2020-05-22 08:55:54

Bu esil çox içən sifete malikdir. Umumiyyetle medeniyyet nazirliyi hec bize yarashmir.

Tanish 2020-05-22 08:55:54

Bu esil alkogolik sifete malikdir. Umumiyyetle medeniyyet nazirliyi hec bize yarashmir.

ejder 2020-05-21 23:39:45

ona yeni vezife verilajaq,ya da elmle mewqul olajaq

Mubariz 2020-05-21 19:33:34

Cəlal Məmmədov ,qara bala yaxşı oğlandır ,sakit gedib xımır-xımır yeyəcək ,hələ istəsə İsveçrəyə səfir də gedə bilər

Şəkidən 2020-05-21 17:31:48

Şəki Mədəniyyət İdarəsində korrupsiya hökm sürür, çünki təyin olunan müdir Mirvarinin əməlləri bundan xəbər verir...

Son yazılar