DÖRD MİLYON DOLLARLIQ 2 MƏNZİL! – Məmmədyarovun oğlu necə Nyu-Yorklu oldu?
“Turan” İnformasiya Agentliyinin Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə iki mənzil alıb.
Bu yaxınlarda Məmmədyarovlar ailəsinin sərvəti və Manhettendə mənzillərilə bağlı jurnalist Cavanşir Həsənlinin sosial şəbəkələrdə başlatdığı diskussiyalardan sonra TURAN-ın müxbiri nazirin 31 yaşlı oğlunun əmlakı barədə daha ətraflı məlumat əldə etmək üçün Nyu-York hakimiyyətinə müraciət edib. Rəsmi cavaba görə, iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.
Ötən il yerli sakinlərin qərarından sonra “Tramp-pleys” adı binanın fasadından çıxarılıb.
Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil. TURAN-ın müxbiri onunla əlaqə saxlamağa, telefonla və sosial şəbəkələrdə şərh almağa çalışsa da cavab almayıb.
Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, hazırkı XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.
Son illərdə Azərbaycan XİN korrupsiya qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunub.
ABŞ daşınmaz əmlak bazarı xarici kleptokratlar tərəfindən çirkli pulların yuyulması üçün sevimli yerdir.
Faktiki olaraq, oğurlanmış sərvətlərin böyük hissəsi beynəlxalq kölgə bank sistemindən keçir və ABŞ bazarına daxil olur ki, bu da Qərb demokratiyası və iqtisadiyyatı üçün nəticələrə səbəb olur.
Şərhlər
məmmədyarovu "könüllü" getməyi təklif edirlər. O, da getmək istəmir... Dostu-*Qardaşı Lavrovu köməyə çağırır...
Ölkədə nələrin baş verdiyi ilə Nəzarət orqanları maraqlanırmı? Baş verən xaricdə təhsil,xaricdə əmlak alımı,xaricdə şirkət açılması,evladların xarici ölkələrə köçürülməsi prossesləri niyə diqqətdən kənarda qalıb?Axı bu Müstəqillik,azadlıq qanunları ilə uzlaşmır!Bir çox yüksək vəzifəli (əksərən də qarışıq milli) şəxslərin evladları hətta orduda xidmət etmədən (bziləri formal.yəni evdə oturub,hərbibilet alanlar) xarici ölkələrə gedib.orada qalıb.atalarının oğurluq pulları ilə evlər,malikanələr alır.Digərləri Azərbaycanda buna ehtiyac olduğu halda xaricdə şirkətlr işlədir,otellər tikir.alır,Xarici banklara Azərbaycanda qazandıqları pulları yatırırlar.Bunun normal hal olmadığı hamıya bəlli olduğu halda belə halların necə baş verdiyi sualı ortaya çıxır.Kim bu məsələ lə məşğul olmalıdır?
deyirəm axı... Xarici işlər nazirliyin üfunətli tualetlərində əl yumaq üşün sabun, kağız və digər məmulatlar birdəfəlik yoxa çəkilib.... sən demə, nazir cənabları oğlanlarına qənaət edilmiş tualet kağıızı və sabun hesabına villa almaq istəyirmiş..... zavallı nazır... lap ürəyim kövrəldi...
deyirəm axı... Xarici işlər nazirliyin üfunətli tualetlərində əl yumaq üşün sabun, kağız və digər məmulatlar birdəfəlik yoxa çəkilib.... sən demə, nazir cənabları oğlanlarına qənaət edilmiş tualet kağıızı və sabun hesabına villa almaq istəyirmiş..... zavallı nazır... lap ürəyim kövrəldi...
Müharibə getdiyi bir vaxtda, düşmən hər gün cavanlarımızın qanını tökdüyü bir vaxtda beləsinin bu taleyüklü vəzifəyə qalması duğru deyil...
.....Düşmənlərimizin baş keşişi deyib ki, o adama erməni deyirəm ki,erməni döşündən süd əmibdir.
YAP-ın yetirmələridir bu ....
HÖR.Adm.-xahş drəm belə vraşlər hakqında yazılanları QANI,qatışıqlarrı söymək azdır BELƏ .....Mən Cən .PREZDENTDƏN XAİŞ EDİRƏM ÖLÜM HÖKMÜNÜ CƏRPA ETSİN.BUNLARÜCÜN.
26 illik hərbi xidmət stajı ilə ehtiyata çıxdım, gəncliyim, ömrüm Vətənə xidmətdə keçdi, lakin bir mənzil ala bilmədim. Amma bu Vətən üçün iynənin ucu qədər canı yanmayana oğluna atası oğurlanmış pullarnan Amerikada ev alır.
Uzun illər maaşı yığırmış
BU BIZIM ANALOQU OLMAYAN XArici siyasetimizin,,UQURU,,DUR
A .... millət acından ölür sən nə edirsən.BNA UKDURLUQ DEYƏRLƏR BU HADİSƏ ÖLKƏ BAŞCISINA QARŞI NANKORLUQDUR.AXI O sizlərə dedi dələduzluq etməyin.
Oöluna da aldığı qızın milliyəti gizlədilir. Bəlkə də düşmən millətdəndir.
Qanı qarışıq talançılar da ölkəni bir tərəfdən söküb daşıyırlar
Elmar Məmmədyarovun......Biz nə qədər bədbəxtik ki, xarici işlərimizə naziri .....(belə demək mümkündür!) etibar etmişik.Sonra da deyirik ki,DQ-ni niyə azad edə bilmirik..