16 MİLYONLUQ KORRUPSIYA FAKTI İFŞA EDİLDİ - Zakir Qaralov himayə edirmiş...

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir.

Həmin tədbirlərin davamı olaraq, “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılan 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməkçiliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühum ziyanın ödənilməsini təmin etmək məqsədi ilə Nadir İsmayılova məxsus əmlakların aşkar edilməsi istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən edilməsindən ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bununla yanaşı, məlumat üçün qeyd edilməlidir ki, bu günə kimi “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumilikdə 11 şəxs barəsində 7 cinayət işi üzrə istintaq aparılmaqla 18 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib. Həmin cinayət işləri müxtəlif vaxtlarda baxılması üçün məhkəmələrə göndərilib və məhkəmələrin qanuni qüvvəyə minmiş hökmləri ilə elan edilib ittihamlar üzrə təqsirli bilinərək müxtəlif cəzalara məhkum ediliblər", - Mətbuat Xidmətindən bildirilib.

"AzPolitika.info" onu da xatırladır ki, “Zaminbank” ASC-nin sədri Nadir İsmayılovun  Böyük Britaniyanın paytaxtı Londonda bir neçə obyekt, eləcə də 8 milyon funt sterlinq (17 milyon AZN) dəyərində villanın sahibi olduğu üzə çıxıb.

ASC sədrinin İstanbulda da bir neçə mülkünün olduğu bildirilir. Həmçinin qeyd edilir ki, o, Qazaxıstanda da biznes sahibidir.

Mətbuatda yaylılan məlumata əsasən, N.İsmayılov Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində restoranlar, obyektlər, tikinti şirkətləri, eləcə də şəhərciklərə malikdir.

Bildirilir ki, bank rəhbəri Milli Məclisin keçmiş sədri Oqtay Əsədova yaxın insandır. N.İsmayılov rəhbərlik etdiyi bank vasitəsilə vəsait çıxararq sabiq sədrə Rusiyanın paytaxtında restoranlar əldə etməyə, eləcə də inşaat biznesi qurmağa kömək edib.

ASC sədrinin sabiq baş prokuror Zakir Qaralovla da yaxın münasibətləri üzə çıxıb. Belə ki, N.İsmayılov eks-baş prokurora məxsus “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxararaq ona xaricdə əmlak əldə etməyə kömək edib.

Bildirilir ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilməsinə və haqqında çoxsaylı şikayətlərin olmasına, eləcə də maliyyə yeyintilərinə baxmayaraq, bu müddətdə bank sədrinin fəaliyyətinin araşdırılmamasına səbəb məhz onun Z.Qaralovla yaxın münasibətləri olub.

635x100

Şərhlər

Veteran 2020-12-09 14:46:07

Ulu Babalarımıdan miras qalmış Gözöl Vətənimiz və Xalqımız görün kimlərin əlində girov qaldıq.Allah onlara nəhlət eləsin.Belələrinin cəzası ağır olmalıdır.

etibarlı mənbə 2020-07-13 18:17:11

Zakir Qaralovun himayə etdiyi şəxslərdən biri də xarici işk=lər nazirinin müavini Ramiz Həsənovdur. Ramiz Həsnovun qardaşı və qudası da səfirdir.

Emin 2020-07-09 09:27:10

Guya kiməsə txunacaqlar? Sadəcə baş qatırlarMən savadsız adamam Mənə səlahiyyət versinlərbütün ölkədə olan zibilləri açıb qoyum ortayaYoxsa bunların bu hərəkəti boş fındıq qabığıdır

Qenri 2020-07-09 03:17:29

Bura ölke deyil e qara deşikdi!

Konul 2020-07-07 23:13:28

O ,bash prokuror deyildi,bash aqrisi idi.Teessuf ki,20 il prorurorluqu hormetden salmala meshqul idi

Aborigen 2020-07-07 21:53:36

Əgər bu .. əlindən sağ-salamat çıxmışıqsa, şükr olsun Böyük Yaradana!!

Eko 2020-07-07 16:20:21

El helal !!!!!

ejder 2020-07-07 15:35:11

AYE,ONU YOLA SALANDA ..MALADES,,DEDILER.QET ,,ALIMLIK,,LE MEWQUL OL

Amin 2020-07-07 15:26:41

Prokuror olsada bu işi bacarmayan adam iqtisadi məsələləri necə bacara bilər?Baş prokuror

Son yazılar