ABEL MƏHƏRRƏMOVUN VARİDATI AÇIQLANDI - Restoranlar, şadlıq sarayları, villalar...

Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra "kölgəyə” çəkilən akademik Abel Məhərrəmov yenidən diqqət mərkəzinə gəlib.

Yenisabah.az xəbər verir ki, keçmiş rektor Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə və onun şəninə sağlıq dediyinə görə müzakirə mövzusuna çevrilib.

Bəzi məlumatlara görə, Abel Məhərrəmov təkcə cərimə cəzası ilə yaxasını kənara çəkə bilməyəcək. Onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılacağı, hətta rektor olduğu dönəmdə topladığı varidata əl qoyulacağı iddia olunur.

Keçmiş rektorun sərvətinə gəlincə, hələ illər öncə mediada bu barədə yazılıb və bəlli olub ki, akademik vəzifədə olduğu illər ərzində özünə biznes imperiyası qurub. Onun olduğu iddia edilən biznes strukturların siyahısını təqdim edirik. 

Məlumat üçün deyək ki, bu siyahını bir neçə il əvvəl siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov yaymışdı.

1. "El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.

2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)

3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.

4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.

5. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)

Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

1. "Lamborghini”

2. "Bentley”

3. "Porsche Cayenne”

4. "Land Rover”

5. "Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)

6. "Audi Q7”

7. "Audi Q8” (Son model, qiyməti 450 min avro)

8. "Mercedes Geländewagen” (qiyməti 250 min avro)

9. "BMW X6” (son model - qiyməti 200 min avro)

10. "BMW -760” (qiyməti 400 min avro)

Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:

1. Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;

2. Quba rayonunda 1 villa;

3. Xızı rayonunda 1 villa;

4. Nabranda 1 villa;

5. Şüvəlan qəsəbəsində 1 villa;

6. Mərdəkan qəsəbəsində 1 villa;

7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;

Şərifzadə küçəsində yerləşən ev.

- Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.

- 8-ci mikrorayonda daha bir restoranı

- N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.

635x100

Şərhlər

Eli 2021-02-28 00:58:33

Vallah adaö eslinde fexr elemelidir ki , bele akademik-rektor-biznezmen -deputatımız var prosto bı yerine düşmeyib .Bunu iqtisadiyyat naziri fe teyin etmek olardı.Gör bınun naziti meler qazanb acı bı onun möhkem geden 15-20 rektorundzn biri idi.Me ise Allah kömekleri olsun

Eli 2021-02-28 00:44:44

Mentiqle tektor bu qeder qazanıbsa hör bunun naziri

Eli 2021-02-28 00:41:03

Bu kişini tutmaq yox mükafatlandırmaq lazımdır.İki sebebe göre :1-ci möcüze yarada bildiyine göre rekrot işlemekle bu var dövleti yaratmaq olmaz,2-ci tehdili bele gözel inkişaf etdirdiyine göre çünki bı pullatı qazans bilen adam vaxt tapıb tehsille meşğul ola nilbse bı qehremandır

Veteran 2020-12-03 15:31:10

Təcili,təxirə salınmadan əlindən alınmalı, dövlət budcəsinə qaytarılmalı,Cəzalandırılmalıdır.

Haqqı deyən 2020-09-04 12:05:54

Bu yetimin bir neçə dəfə var-dövlətin yazmışdınız da.Nə xeyri. Onsuzda ölçü götürülmür. Çax-çax məsələsi...

maliyyəçi 2020-08-28 21:45:11

Auditorlar Palatası hara baxıb ? onun işlədiyi dövrdə BDU-nin fəaliyyəti haqqında hansı Akt yazıblar, yoxlama aparan orqanlar özləri məsuliyyətə gəlb olunmalı, maliyyə təsərrüfat fəaliyyəti yenidən yoxlanılmalıdır ?

Habil 2020-08-27 08:01:47

Bu banda Naxçıvan və Ermənistan klanları bizim ölkəni və xalqımızı 30 ildeir talən-qarət edib hamısı multi milyoner milyarderlərdirlər. Bizi isə adi işə də yaxın buraxmayıb qul kimi işlədiblər

PAPA RIMSKI 2020-08-27 04:34:06

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

.EJDER NAQILBAZ 2020-08-27 03:04:57

AYE,SIQNAL VERIN ...

Yetim 2020-08-27 00:52:02

Menim bu geder pulum olsa saxliyaram 1 milyon ozume. Galanini da vererdim kasib kusuba

Oxucu 2020-08-26 20:19:35

Bunların obyektlərindən istifadə etməsək olmazmı?təqsiq özümüzdədir.

Oxucu 2020-08-26 20:17:37

Bunun var dövlətin keçən dəfə çaxır içəndə də yazmışdılar. Nə faydası oldu ki? Təqsir bizim özümüzdədir. Sözü bir yerə qoyub bunların obyektlərindən istifadə etməsək.hər

Rt 2020-08-26 19:41:41

Ûzdeniraqlara xalq artisti , verende bele olmalididaaa , bu harasidiki?

RT 2020-08-26 19:31:07

Qarabaq problemi qalib (((( Biz hele icimizde zibilleri temizleye bilmirik !!!! Bilmeyecikde bilesiz ...

Eko 2020-08-26 19:08:51

Bilmirler beyem hardanidiii ?

oleq 2020-08-26 16:37:35

abelin Gürcüstanda otelivə restoranları,mənzil tikintisi var,buradan oraya xeyli işçi göndərilib,daimi biznesinə nəzarət edirlər,əsasən yaxın qohumlarıdır

Akif 2020-08-26 15:19:21

Əsgərin sünğüsünə nə vaxt garğa qonar?

Roma 2020-08-26 15:15:06

Birmənalı olaraq həbs edilməli, əmlakı müsadirə olunmalıdır...

Rəşad 2020-08-26 14:17:34

Azərbaycan "alimləri" və rektorlar dünyanın ən varlı "alim" və rektorlardır. Doğrudanda analoqu olmayan ölkəyik.

Vaqif 2020-08-26 11:30:02

Bu talançılar hamısını yüzlərlə milyon haram var-dövləti var. İndi belə oyunlarla iz azdırmaqla məşğuldurlar

Şahin 2020-08-26 11:27:42

Oğru məmurların mal-dövlətini müsadirə edib dövlət büdcəsinə köçürsək bu pullara daha müasir silah-sursat alıb QARABAĞı tez bir zamanda azad etmək olar və ölkə iqtisadiyyatını bir az da canlandırmaq olar.Bu müsadirə olunmuş məbləğ bəlkə də 100 milliardı keçər.

Yengibar 2020-08-26 10:22:34

buna akademik talan deyirlər....

Azər M. 2020-08-26 08:17:58

....Azərbaycana divan tutublar. Ramiz bilirdi kimləri akademik təyin edir, çünki özü də ermənilərin .....

Mehdi 2020-08-26 07:02:26

Ə bu yaziqin hec nəyi yoxdurki o birilərinə baxanda.

Deputat 2020-08-26 06:24:00

ramiz demişkən, başqalarının da var dəə, niyə tək elə bunu. deyirsiz...

Əkrəm 2020-08-26 00:15:08

Soruşun bir, indiyə kimi hansı villasında rahat həyat yaşaya bilib? Çünkü oğurluqla əldə olunan pullarla alınıb. O pullar xalqın puludur və xalqdan oğurladığın pullarla rahat yaşa bilməzsən!

Akram 2020-08-26 00:10:20

Alishov

t.ədalət 2020-08-25 23:54:09

Abel Məhərrəmov Heydər Əliyevi hakimiyyətə gətirmək üçün ermənistanlılarla birlikdə çox çalışıb.Elə hallar olub ki,sözü çəpləşdiyi adamlardan biri hətta butulkanı onun boynunun arxasına endirdiyi zərbə ilə sındırıb.Kişinin oğlunun xidmətləri olub.Ona görə də vəzifələrə irəli çəkildi,yaxşı var-dövlət topladı.

Elxan 2020-08-25 23:07:05

Nənəm deyirdi "Ürəyivə güllə dəysin".

X 2020-08-25 22:49:32

Allahim ne yaxsi ki havani elimizden almiyiblar pis yaxsi nefes aliriq. Bunlarin hamisin verse bu "akedemikciyeze' hansi mukafati vererler? Yeqin Nobel olar

X 2020-08-25 22:49:31

Allahim ne yaxsi ki havani elimizden almiyiblar pis yaxsi nefes aliriq. Bunlarin hamisin verse bu "akedemikciyeze' hansi mukafati vererler? Yeqin Nobel olar

İ.Mustafaoğlu 2020-08-25 22:48:21

Məmurların misli görünməmiş var-dövlət əldə etmələrinin əsas səbəbkarları aidiyyatı qurumların rəhbərləri vaxtında aidiyyatı üzrə məlumat verməmələrindən əmələ gəlib.. Belə görünürki aidiyyatı qurumların rəhbərləri öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyiblər. Sual doğur dövlət qurumları hara baxıb ? qazandıqları gəlirdən vergi ödəyiblərmi ? Onların obyektlərinin iş fəaliyyətləri yoxlanılmalıdır ? Dövlət əmlaklarının talan olunmasının qarşısını almaq üçün birinci növbədə , yoxlamalar bərpa olunmalıdır, vaxtaşırı obyektlərdə yoxlamalar aparılmalıdır ki, faktiki vergini ödəyirlərmi ? Cənab Prezidentimiz ümanistlik göstərərək yoxlamaların fəaliyyətini dayandırdı,ancaq işbazlar bundan öz məqsədləri üçün istifadə etməyə başladılar, misli görünməmiş sərvət topladılar. Vergi Orqanlarıda bu qanunsuzluqlara göz yumdular, vətəndaşların müraciətlərinə belə əhəmiyyət vermədilər . Uzun illərdir ki, Səhmdar Cəmiyyətlər fəaliyyət göstərmələrinə baxmayaraq Səhmdarlarına divident ödəmirlər, bunların hamısının günahkarları verginin əməkdaşlarıdır... Qanunlarımız işlək vəziyyətində olması üçün,qanunlarımıza nəzaərət qanunu olmalıdır !

Zahid beye 2020-08-25 22:06:09

Tutulan hansi icra bascisinin kabinetinnen cixanlar elinnen alinanlar dovlet budcesine getdiki bu da getsin

SABIR 2020-08-25 21:40:56

Bu da bizim ziyalimiz A K A D E M I K.

Fuad 2020-08-25 21:39:38

Abelin bir kohne plashi var idi. O vaxtlar yasamalda galidi. O geder ona pay mandarin vermishem. Indi gorse meni tanimaz)))

Gülşən 2020-08-25 21:34:39

Əlimdə imkan olsa asardım hamısını Bizim uşaqların indisini, gələcəyini oğurladılar onlar

Ədalət 2020-08-25 21:14:15

O bilir ki,heç kəs onun oğurladığıni müsadirə etməyəcək.

Zahid 2020-08-25 20:56:40

Təcili əlindən alınmalı və dövlət büdcəsinə verilməlidir

Şaiq 2020-08-25 20:54:42

Abel məhərrəmovun varidatı ilə BDU -nin tələbələrinin savadı tərs mütənasibdir. Xarici ölkələrdə Akademiklər Nobel mükafatına layiq ixtiralar edirlər, bizim "akademiklər" isə restoran, şmodka, çaxır biznesi ilə məşğuldurlar. Bu çirkin əməllərini xəcalət çəkmədən hamının gözü qarşısında həyata keçirirlər. Çox güman ki, övladları da özləri kimi Dövlətimizə "yüksək səviyyədə xidmət edirlər ". Bravo...........!!!

Musa 2020-08-25 20:50:13

Abel İtalyan çaxırından içib dəmləşib Allahşükürü yumuruğun altına salandan sonra kitabı bağlandı

abelə 2020-08-25 20:44:45

balıqçı və qızıl balığın nağılını oxu abel, 3-cü arzu.

Azər 2020-08-25 20:38:43

Hansi maliyyə mənbələrindən alınıb.biabirçıklq

Ədalət 2020-08-25 20:35:30

O bilir ki,heç kəs onun oğurladığıni müsadirə etməyəcək.

Sahib Xəlilov 2020-08-25 20:34:50

Ölkədə nəzarət bəlli adamlara olunmayanda belə də olmalıdır.bu əmlakların heç biri halal zəhmətlə əldə olunmadığından dövlət bu məsələ ilə məşğul olmalıdır.Vəsaitlər dövlət büdcəsindən oğurlamalat və rüşvətlə əldə olunduğundan ciddi araşdırılmalıdır.bo

Vətəndaş 2020-08-25 20:30:11

Abelin görünməyən və xaricdə olan varıdatını da hesablasan onda belə çıxır ki,adi bir rektor bu millətə təxminən 1 milyard atıb. Bunlar nə imişlər. Bunlar bu ölkəni misli görünməmiş dəhşətli çapıb talayıblar, ona görə də əhalinin çox indi ehtiyac içindədirlər

Ağayev Ağahüseyn 2020-08-25 20:26:15

ALLAHqapını baqlasın bu qədər RÜŞVƏTİ necə alıbsan.Baş prokurorluq bunların hamısını MƏHKƏMƏ yolu iylə müsadirə etməli ğzünüdə ğöndərməlidir 13-ü kolona.

Son yazılar