YENƏ İCRA BAŞÇISI, YENƏ RÜŞVƏT, YENƏ RƏZALƏT! – Belə əclaflar bizdən biri ola bilərmi?...

Uzun illərdir əksər müstəqil müşahidəçilər və mütəxəssislər Azərbaycanın ərazi idarəetmə sistemindəki rayon icra hakimiyyəti idarəçiliyinin ləğv olunmasına dair çağırışlar edirlər. Lakin təəssüf ki, hələlik bu çağırışlara məhəl qoyan yoxdur. Təbii ki, bununla bağlı çağırış və təkliflər həmin idarəçilik sisteminin yaratdığı eybəcər fəsadlara söykənir. O fəsadlara ki, bir tərəfdən cəmiyyətin və dövlətin əsaslarını, digər yandan isə elə mövcud siyasi hakimiyyətin özünün xalq arasındakı dayaqlarını zərbə altında qoyur.

Pis odur ki, bir neçə icra başçısının həbsi, sözün əsl mənasında ictimai qınağa tuş gəlməsi, rəzil durumda televiziya ekranlarına çıxarılması da vəziyyəti dəyişmir ki, dəyişmir. Son olaraq Cəlilabad İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun digər məlum həmkarları kimi yenə də külli miqdarda rüşvət, mənimsəmə ittihamlarıyla həbs olunması bunu bir daha sübut edir. Belə təəssürat yaranır ki, “icra başçısı bərabərdir rüşvət” bərabərliyi aksiomadır, onun isbata ehtiyacı yoxdur və bu bərabərlik daimidir.

Görün, icra orqanlarının rüşvət, korrupsiya mexanizmi necə bir sistemdir ki, nə müharibə tanıyır, nə pandemiya, nə də təbii fəlakət. Hər şəraitə uyğunlaşır və ondan istifadə edir. Müharibədən əvvəl də işləyib, müharibə dövründə də, ondan sonra da. Bu sistem nə kasıba, nə xəstəyə, nə yetimə, nə qaziyə, nə də şəhidə baxır. Nə xalqı dinləyir, nə Prezidentin xəbərdarlığına məhəl qoyur, nə polis tanıyır, nə prokurorluq, nə Allah, nə də din. Yalnız DTX-nın qara maskalılarını görəndə cücəyə dönürlər…

Cəlilabadın yenicə həbs olunan icra başçısı barədə mətbuat yazdı ki, şəhid ailəsindən şəhidin dəfn mərasiminə icazə vermək üçün rüşvət alıbmış. Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərik və doğrusu, bu qədərinə inanmaq da istəməzdik. Çünki bizim xalq hər halda belə bir alçaqlığa əl atacaq ünsür yetişdirə bilməzdi… Lakin maraqlı və həm də acı təəssüf doğuran hal odur ki, insanlarımız bir icra başçısının hətta şəhid ailəsindən dəfn mərasiminə icazə üçün rüşvət almaq kimi misilsiz əclaflığa belə əl atmaq qabiliyyətində olduğuna inanır. Bəli, idarəçilik üçün ən böyük biabırçılıq, bədbəxtlik də məhz budur – xalqın rayon icra hakimiyyəti strukturlarından istənilən nadanlığı, miskinliyi, heysiyyatsızlığı, bir sözlə əksik əməli gözləməsi…

Yəqin bundan əvvəl həbs olunan başçılardan biri – Biləsuvarın icra başçısının “pandemiya sərf edir” deyərək, hökumətin kasıb-küsub üçün ayırdığı qəpik-quruşa tamah salmasını və mənimsəməsini əks etdirən kadrlar hamının yadındadır. İnsanlar haqlı olaraq fikirləşirlər ki, millət üçün bəlaya çevrilən xəstəlikdən də pul qazanan belələri şəhid ailəsinin cibinə də göz dikər, hələ o yana da keçər. Odur ki, Cəlilabadın icra başçısının həbsi səbəbinə dair yayılan şayiələr onun oturduğu kresloya olduqca rahat şəkildə yapışır….

Təəssüf ki, son illərdə ayrı-ayrı rayonlarda icra başçılarının dəyişdirilməsi, gənc kadrların vəzifələrə təyin olunması da vətəndaşların bu idarəçilik strukturuna münasibətini dəyişmədi. Çünki yenə də icra orqanı əlçatan, xalqa yaxın, onun problemlərini həll edən yox, daha çox vətəndaşlara problem, maneə yaradan, qadağalar qoyan qurum funksiyasını daşıyır. Və bir çox hallarda da özünün süni şəkildə yaratdığı bu “maneələrin” aşılması üçün rüşvət tələb edir. İcra başçıları uzun illərdən bəri müasir idarəçilik anlayışı ilə yaxından-uzaqdan əlaqəsi olmayan bir zümrəyə çevriliblər.

Hakimiyyəti tənqid edənlərin bir çoxu başçıların həbsinin sadəcə, rüşvət və korrupsiya deyil, hansısa hakimiyyətdaxili çəkişmələrə, bu və ya digər fiqura sədaqətə və digər səbəblərə görə baş verdiyini iddia edirlər. Və bəzən onların dediklərində həqiqət olduğuina dair təsəvvür yaranır. Çünki icra başçılarının “kor qardaş”ın başına gələnləri görüb də nəticə çıxarmayacaq qədər düşüncəsiz, ağılsız olduğuna inanmaq çətindir. Görünür, kimsə, hansı qüvvəsə bunları arxayın salır ki, “işində ol, yığ, bizə də göndər”. Yoxsa doğrudan da icra başçılarının korrupsiya mexanizminin hələ də saat kimi işləməsinin məntiqini anlamaq çətindir…

Artıq bu sistemin əsas “xaç atası” sayılan şəxs xeyli müddətdir Prezident Administrasiyasındakı postundan uzaqlaşdırılıb. Ancaq onun patriarxı olduğu bu miskin idarəçilik təcrübəsi sanki koronavirus kimi rədd olub canımızdan çıxmaq bilmir. Bəs görəsən, nədir, kimdir bu idarəçilik sistemini “həmişəyaşar” edən?...

Hələ nə qədər də həbs olunan başçılardan geri qalmayanlar var və vəzifədə qalırlar. Bu günlərdə bir qazi atası ölkə başçısına müracət edərək yazmışdı ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə onun ağır yaralı qazi oğluna baş çəkmir, dava-dərmanı, sağlamlığı, ailəsinin problemlərilə maraqlanmır. Niyə? Çünki özünü mənəvi cəhətdən buna borclu hesab etmir. Təbii ki, bu hal təkcə ona aid deyil. “Köhnə qvardiya”ya və məlum idarəçilik məktəbinə aid icra başçılarının demək olar hamısı eyni “inancın” sahibidir – pul, pul, yenə də pul! Və bu bəla, heç də Şəhidlərimizin ölümünə səbəb olan, yaxud Qazilərimizin bədənində gəzdirdiyi erməni qəlpəsindən az təhlükəli deyil. Onu zərərsizləşdirməyin yolu isə ağır da olsa, açıq əməliyyatdır. Və bu, sadəcə DTX əməliyyatı yox, bütünlükdə rayon icra hakimiyyəti sisteminə söykənən idarəçiliyin kəsilib atılması və başqa sistemlə dəyişdirilməsi əməliyyatı olmalıdır!

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Fakt adı lə yazana əlavə 2021-02-19 17:45:45

Şəkidi İcra başçısı bir yana.hələ müavini Həsənin mal varlığına diqqət edilsə bundan da artıqlaeı ortaya çıxar.Çəki məsələlərini Həsən həll edir.Oradan İcra başçısı hesabını alır.Guya bunu yuzarılar bilmir? Amma susqunluq davam edir.Niyə?btu

Cabit 2021-01-19 10:47:03

Guya digər IH başçılaı və onların mavinləri bundan fərqlənir? Əsla yox!!.İcra hakimiyyət başçıları eyni texnologiya ilə vəzifəyə qoyulur və yuxarıdan razılaşdıılmış üsulla hərəkət edirlər.Son illərdə həbs olunan icra Hakimiyyəti başçılarına irəli sürülən ittihamlara diqqət edin..Bunlar heç birinin əməlləri digərklərindən fərqlənmir.Deməli ciddi struktur dəyişikliyinə gedilməli.dələduzlar idarəçilikdən uzaqlaşdırılmalıdırlar.Yaxşı olar ki, seçkili olsun və həmən rayonda yaşayan vətəndaşlar namizəd verilsin.Yeganə yol budur!

Fakt 2021-01-02 22:09:38

DTX Şəkiyə ezam olunmaması təəccüb doğurur ?Şəki "Mafiya" tərəfindən qanunsuz olaraq özəlləşibdir desək yanılmarıq ? Şəki dövlətin yadından çıxan rayondur ?

haqq 2020-12-30 10:33:01

ALLAH BUTUN HARAM YEYENLERE LENET ELESİN XALQİN MALİN MENİMSEYENLER ALLAH QARSİSİNDA CAVAB VERECEKLER BİR GUN GELECEY XALQ HARAMZADELERİ MEHV EDECEKLER BUNA 10000000 FAİZ EMİN OLUN İNSALLAH

Sabir Rəhimova 2020-12-13 20:37:21

Emin Əfəndiyev Beynalxalq Bankı pis günə qoyduqdan sonra onu nəhəng bir müəssisəyə Baş direktor təyin etdilər. bununlada rabitəni kolxoz idarəsinə döndərdilər. ...Rabitənin nüfuzunu qazanmaq üçün Rabitə Nazirliyində köklü kadr islahatları aparılmalı,yerlərinə peşəkar rabitəçiləri təyin etməlidirlər ? Hər şeyi kadr həll edir, Kadrın səhv təyinatı ,həmin sistemi pis vəziyyətə qoyur, vətəndaşın dövlətə olan inamına zərbə vurur

Veteran 2020-12-11 16:00:31

Belələrini cırıq salvarda gəldikləri günə salmaq lazıdır.Bütün qor- qoduqları ilə birlikdə.onda quduzliqları səngiyər...

Əlövsət 2020-12-11 12:45:32

Bizdən olanlara yəni Türk kökənlilər arasında beləsi yoxdur Qardaş. .... Yavru Quzularmız olan Şəhidlərimizin ruhu xatirinə dövləti belə xainləridən təmizləmək lazımdır.

Veteran 2020-12-11 12:13:28

Belələrini cırıq salvarda gəldikləri günə salmaq lazıdır.Bütün qor- qoduqları ilə birlikdə.onda quduzliqları səngiyər.. .

Taleh 2020-12-11 11:47:22

Lənkəranın icra başçısı Taleh Qaraşov üçün olsun. Şəhər orta əsrlər şəhərinə oxşayır.Küçələr çala-çuxur ilə doludur.Bazar antisanitariyadır.Camaat küçədə alver edir. Eybəcərliklər bəs qədərdir.İcra başçısnın oğlu fövqaladənin rəis müavindir.Düyü əkən sahibkardır

Taleh 2020-12-11 11:47:22

Lənkəranın icra başçısı Taleh Qaraşov üçün olsun. Şəhər orta əsrlər şəhərinə oxşayır.Küçələr çala-çuxur ilə doludur.Bazar antisanitariyadır.Camaat küçədə alver edir. Eybəcərliklər bəs qədərdir.İcra başçısnın oğlu fövqaladənin rəis müavindir.Düyü əkən sahibkardır

İSMAYIL 2020-12-11 08:31:42

Rüşvətxorluğun qarşısını almaq üçün dövləq qurumlarında vəzifələrə Qarabağ qazilərini təyin etmək lazımdır.Effekti 100 %

Sabir Rehimov 2020-12-11 00:49:34

Azerpoctun bash gehremani Emin Efendiyevden de yazin. Azerpoctu yaman gune goyubrpoctu yaman gune goyub.

.EJDER 2020-12-10 19:51:39

ONLARIN YAWAYIW TERZI ILE ,HARAM YEDIKLERI AYDINDIR

Fakta dair məlumat... 2020-12-10 19:01:47

Şəki rayonlararası ən geridə qalmış rayonlar sırasındadır... Əfsuslar olsun ki, ayda 10-gün işdə olmayan bir adam 10-ildir ki, rayona başçılıq edir. İH 1-ci müavini Həsən Həsənov 23-ildir ki həmin vəzifədədir, ondan başqa 23 ildir ki YAP sədridir. Hümanitar sahə üzrə müavin Zərinə Cadova 17- ci ildir ki kreslonu tutuub, İqtisadiyyat sahəsinə baxan müavin Xəlil Xəlilov sovet dönəmində işləyir, Elxan Usubov özü ilə gətirdiyi, dövlət çevrilişində həbs olunmuş, uzun müddət həbsdə yatmış Nizami İsmayılov 10 ildir ki, İH təsərrüfat üzrə müavin vəzifəsində işləyir, Höquq şöbəsinin müdiri Əhmədiyə isə sovetlər dönəmindən həmin vəzifədə işləyir, Ərazi İdarə etmə şöbəsinin müdiri Rəfail Mənəfov ssri dönəmindən həmin vəzifədə işləyir , arvadı 14 saylı Uşaq baxçasının, Əmisi qızı isə 22 saylı Uşaq baxçasının müdiridir. ümumiyyətlə şəhər və rayonda olan iş yerləri bu Mafiya dəstəsinin adamlarıdır.... Bu rayonda inkişaf ola bilərmi ? DTX -nın bu rayona gəlməsi olduqca vacibdir, gözləyirik ?

Mehdi 2020-12-10 18:43:58

Barmaqinizi qatlayin gorun olkede bundan yaxsisi varmi.Hamisi eyni gundedirler.ister kohnelet istersede tezeler.Hamisi rusvet manyakidirlar.

Adil 2020-12-10 18:39:51

Zərdabın İH başçısı Mərdan Camalov da yeni təyin olunub.6-7 ay rüşvətsiz işləməyə gücu çatdı.Sonra əvvəlki başçı bu alırdısa bu 3-4 artığını alır.Köməkçisi Hacı Səmədin,ümumi şöbə müdürü in əli ilə ilə.M.Camalov özü otaqdan çıxmır ki pandemiyadır onun "işini" hacı Səməd " görür"

Vetendash 2020-12-10 17:25:21

Bu icra bascilari elebil dedesinin mali kimi dagidirlar rayonlari

t.ədalət 2020-12-10 16:13:15

Mehdi Səlimzadə hakimiyyətə yaxın bir generalın qaynatasıdır.Onu yox,ona irad tutanları cəzalandıracaqlar.

Səbuhi 2020-12-10 16:06:42

Görənsən Yardımlı rayon icra hakimiyyətinin fəaliyyəti neçə qiymətlənir. RÖVŞƏN MÜƏLLİM ÇOX GÖZƏL İŞLƏYİR.

Son yazılar