“AZƏRXALÇA”NIN MİLYONLARI MƏNİMSƏYƏN RƏHBƏRİ HƏBS EDİLDİ - Prokurorluğun rəsmi məlumatı

“Azərxalça” ASC-nin İdarə heyətinin sədrinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranmışdır.

Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır.

Habelə, Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır.

09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

şəkili 2021-01-20 14:51:45

Şəki rayonlararası ən geridə qalmış rayonlar sırasındadır... Əfsuslar olsun ki, ayda 10-gün işdə olmayan bir adam 10-ildir ki, rayona başçılıq edir. İH 1-ci müavini Həsən Həsənov 23-ildir ki həmin vəzifədədir, ondan başqa 23 ildir ki YAP sədridir. Hümanitar sahə üzrə müavin Zərinə Cadova 17- ci ildir ki kreslonu tutuub, İqtisadiyyat sahəsinə baxan müavin Xəlil Xəlilov sovet dönəmində işləyir, Elxan Usubov özü ilə gətirdiyi, dövlət çevrilişində həbs olunmuş, uzun müddət həbsdə yatmış Nizami İsmayılov 10 ildir ki, İH təsərrüfat üzrə müavin vəzifəsində işləyir, Höquq şöbəsinin müdiri Əhmədiyə isə sovetlər dönəmindən həmin vəzifədə işləyir, Ərazi İdarə etmə şöbəsinin müdiri Rəfail Mənəfov ssri dönəmindən həmin vəzifədə işləyir , arvadı 14 saylı Uşaq baxçasının, Əmisi qızı isə 22 saylı Uşaq baxçasının müdiridir. ümumiyyətlə şəhər və rayonda olan iş yerləri bu Mafiya dəstəsinin adamlarıdır.... Bu rayonda inkişaf ola bilərmi ? DTX -nın bu rayona gəlməsi olduqca vacibdir, gözləyirik ?

Vətəndaş 2021-01-09 21:18:52

Xahiş edirik bu əməliyyatlar Şəki İh də keçirilsin...

Mehdi 2021-01-09 18:56:17

Bu adam Moskva kooperativ institutunun Baki filialini qurtarib.Bu mekteb elə bir mektebdirki ən savadsiz adamlar hec bir instituta,univeristetə girə bilmeyende işlerini ora verib imtahansiz zadsiz pulla,rusvetle ira daxil olurdular.Hemin mektebde ölkede ən hörmətsiz bir mekteb idi.Cunki ele usaqlar taniyirdimki hec vaxt oxumaqa getmirdiler,elə imtahan vaxti aparib pullarini verib qiymet yazdirib qayidirdilar.Indi bu adamin hemin mekteni qurtararaq,elmi is yazmaqini ,elmler doktoru professor olmaqini oxudum.Görun nə qocaq adam olub.

t.ədalət 2021-01-09 18:39:35

Azərbaycanda hansı məımur,nazir və İH başçısı oğurluq eləmir?Xalq nahaq yerə məmurları büdcə gəmirənlər adlandırmır.Bu kişinin oğurluğu qəpik-quruşdur.Vaxtı ilə Rəqsanəyə yüz min dolları borc verən polis rəisi,guya o pulları rüşvət kimi şərrənmiş camaatın cibindənb oğurlamamışdı?MTK-lar bina tikmək üçün torpaq sahələrini havayı alırlar?Oğru olmayan məmur var ki?

RT 2021-01-09 17:55:54

.....oqluda sebailin pols reisidi , Elinde xalca satirdi o vaxtlar kucelerde yadma qelir

Son yazılar