RAMİZ MEHDİYEVİN AİLƏ BİZNESİNDƏN MİLYONLARIN OĞURLANDIĞI ORTAYA ÇIXDI - Oğlu və kürəkəni məhkəməyə müraciət edib...

AMEA prezidentinin general oğlu 4 milyon dolları, deputat olmuş kürəkəni 3,5 milyonu haradan ədə edib?

"Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun həbs edilməsinin səbəbi bəlli olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib. Bunu Rasim Məmmədovun vəkili də mətuata açıqlamasında təsdiqləyib.

"AzPolitika.info" xatırladır ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Adam uzun illərdir əsas himayədarı, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevə güvənərək, ölkənin metallurgiya, armatur bazarında sözün əsl mənasında at oynadıb, nə mətbuat sayıb, nə qanun, nə məhkəmə.

Onun öz ağasına arxalanaraq, həmin sahədə çalışan çoxlu sayda sahibkarlara, eləcə də məşhur Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodları zor gücünə alması kimi harınlamış əməlləri heç kimə sirr deyil.

İndi məlum olur ki, bu adam təkcə iş adamlarını deyil, öz himayədarlarını da “fırladıbmış”. Əslində, bu məlumatın üzərindən “oğrudan oğruya halaldır” deyib keçmək olardı...

Lakin söhbətin uzun illər Azərbaycanın icra hakimiyyəti sisteminin başına ip salıb fırlayan, onu ən korrupsiyalaşmış, xalqdan, millətdən uzaq bir idarəçilik strukturuna çevirmiş və bu gün də öz ambisiyalarından əl çəkməyən, kimə və nəyə xidmət etdiyi əslində bəlli olan, ancaq elan edilməyən AMEA prezidenti Ramiz Mehdiyevdən getdiyini nəzərə almamaq olmur.

Bu məlumat bir daha göstərdi ki, Ramiz Mehdiyevin özü, Fövqəladə Hallar nazirinin müavini, general-mayor rütbəsi daşıyan oğlu və iki çağırış millət vəkili olmuş kürəkəni Azərbaycan iqtisadiyyatını məhv edən inhisraçılığın, məmur oliqarxiyasının “ən parlaq” nümayəndələrindəndirlər. Onların iddia qaldırdıqları məbləğlərə baxın – 4 milyon və 3.5 milyon dollar. Soruşan varmı ki, haradandır bu pullar?

Ramiz Mehdiyevin kürəkəni 2010-cu ildən 2020-ci ilə qədər millət vəkili olub. Deməli, bizneslə məşğul olmağa qanunla ixtiyarı olmayıb. Deputat maaşı ilə milyonlar toplamaq üçün yemədən, içmədən bir neçə ömür yaşamaq lazımdır. Deməli, belə çıxır ki, həmin bu İ.Əliyev sözügedən məbləği ya deputatlıqla vidaşladığı qısa müddətdə, ya da deputat olmazdan əvvəl “qazanıb”. Bəs, görəsən, bu qədər pulun haradan, hansı biznesdən əldə edildiyinə, onun vergisi, maliyyə hesabatına dair hansısa rəsmi sənəd, məlumat varmı? Əlbəttə ki, yox!

Onu da nəzərə almaq lazımdır ki, adətən bu ranqlı məmur və deputatlar yalnız bir bizneslə məşğul olmur və sözsüz ki, İ.Əliyevin Rasim Məmmədovda batan milyonları onun varidatının heç də ən böyük hissəsi deyil.

Yaxud, olsun R.Mehdiyevin general oğlu. Əgər yayılan məlumat həqiqətdirsə, deməli 45 yaşlı T.Mehdiyev də İ.Əliyev kimi qanunsuz yolla külli miqdarda vəsaitə sahib olub. Onun tərcümeyi-halına nəzər yetirsək, görürük ki, bu general rəsmən yalnız dövlət vəzifələrində işləyib. 

Gah bir, gah digər nazirlikdə, yaxud xidmətdə müavin vəzifəsini daşıyıb. İndi də Kəmaləddin Heydərovun müavinidir. Bu vəzifələrdə də rəsmi dövlət maaşı deputat maaşından azdır ki, çox deyil. Belə olan halda, 4 milyon dolları necə əldə etmək olar?

Ümumiyyətlə, adının hansısa biznesdə, çirkli pullarda, maxinasiyalarda hallanmasını, milyonlarla dollara sahib olduğunu və onun da bir hissəsinin oğurlandığını etiraf edib bundan polisə şikayət etməyi bir Azərbaycan generalı mundiri daşıyan şəxs özünə necə yaraşdıra bilər axı? İndi bu adama da general deyək, səngərdə şəhid olan Polad Həşimova da?...

Ümumiyyətlə, deputat hara, general hara, armatur, metal istehsalı və alverilə məşğul olmaq hara?

Axı, Tağı Əhmədovla eyni bezin qırağı olan bu adamlar külli miqdarda çirkli pula malik olduqlarını etiraf edəcək və onun oğurlanmasına görə rəsmən hüquq-mühafizə orqanlarına müraciət edəcək cəsarəti haradan alırlar? Bəlkə buna görə onlara heç kimin “gözün üstə qaşın var” deməyəcəyinə əmindirlər?...

Sonda qeyd edək ki, böyük ehtimalla Rasim Məmmədovun Ramiz Mehdiyevin ailə biznesindən oğurladığı real məbləğ yeznə-qayının rəsmən etiraf etdiyi 7-8 milyon dollardan qat-qat çoxdur. Sadəcə, həmin məbləği olduğu kimi göstərməyin “ağ olacağı”nı anladıqları üçün rəqəmi kiçildiblər...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Məhəbbət 2021-02-01 03:16:24

Burdan səslənirəm Qara qızılın emal olunmasında 100 illər boyu mühüm rol oynayan, neft emalında lazım olan avadanlıq,alət və xüsusi qurğular hazırlayan AZNEFTKİMYAMAŞI və onun nəzdində olan ən nəhəng Səbayıl Maşınqayırma Zavodunu, Sınaq Təcrübə Zavodunu yernən yeksan edən və hal-hazırda Balaxanı Maşınqayırma Zavodunu asta-asta,xırım-xırım məhv edən korrupsiya vadisinin caniləri Əli İsmayılova, Abbasov Səxavətə və onlarla əlbir olan 27 nəfərə niyə toxunan yoxdur? Bu korrupsionerlər 30-35 il ərzində nəinki milyonlara, hətta 100000000000 ( yüz milyard) dollarlara sahibdirlər.Onlar elə indi də xırım-xırım sökürlər,dağıdırlar. Və heç kimdən də qorxmurlar..... Qəribəsi budur ki, toyuq oqrusua,telefon oğrusuna, hətta 3.5-4 milyon yeyənlərə, xalça satıb ailəsini dolandıranlara, metal,armatur satıb balalrını dolandıranlara 3-5 il həbs cəzası verirlər.Ancaq bu korrupsioner TƏKƏLƏRƏ heç güldən ağır söz deyən də yoxdur.

Eli 2021-01-31 20:04:59

Ay oxucu müellim bu Ülvü Mehdiyev ayrıdır Mehdiyevin oğlu Kemaleddin Heyderovın müavinidir Eşi bir Allahınız olsun ele bir kelme eşitdinlz ağına bozuna baxmadan döşeyirsinşz Eşi vir kişiliyinşz olsun ayıbdır axı.İkşnci de lap tutaq ki onon oğludur oğul qanunla ataya cavabdeh deyil

.EJDER NAQILBAZ 2021-01-30 08:31:25

aye,gunah AXCP-MUSAVAT dadu,ha ha haramzadalar,

RT 2021-01-30 07:04:43

Oqlunun yerne olsam ( ôzûmû qûlleleyerem !!!!! Onsuzda bu dûnyada yaxud o dûnyada , sizin yeriniz yoxdu !!!!! Haram pulnan yashamaqdansa ôlmek yaxshidi , Bu sôzler bûtûn haramzade memurlarada aiddi !!!! Ayilin heleki qec deyil .

Amon 2021-01-30 01:27:57

Ramiz mehdiyev ozu erize yazib isden ayrilmalidi

Veteran 2021-01-30 00:26:04

Bu əldəqayırma "generallar" hamısı bir kəndin adamlarıdir. Cırıq şalvarda gəldikləri günə salıb,zəlil qoymaq lazımdır.Haram etdikləri sərvətlərini isə orduya,şəhid ailələrinə verilməlidir...

Akif 2021-01-29 23:55:57

15 ildir ki, Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul edilib. Bu qanun qohumların biri-birinin rəhbərliyi altında işləməyi qadağan edir və prezidentdən başlayaraq hər bir məmurdan hər il özünün ayrıca və ailəsinin gəlirləri haqqında bəyannamə təqdim etməlidir. Lakin indiyədək məmurlar bəyannamə təqdim etmir

t.ədalət 2021-01-29 22:56:06

Ramiz Mehdiyevi işdən çıxarıb evində oturtmasalar ölkə dinclik tapmayacaq.Gah,deyirsiniz ki,o erməni kimi bir şeydir,gah da gətirib ölkənin akademiyasına rəhbər edirsiniz.Akademiya başda Rəbiyət Aslanova olmaqla fetoçuların məkanına çevrilib.

Moshu 2021-01-29 22:13:46

İlk növbədə Cəlal Məmmədova vətəndşlıq möğvqeyinə görə, “AzPolitika.info”ya isə bu mövqeyi reallaşdırmaqda yardımçşı olmasına görə dərin təşəkkürümü bildirmək istərdim. İbtidaidən bu günə kimi insan övladı özündən səlahiyyətli, vəzifədən böyük, imkanlı birisinin qarşısında hər zaman müti vəziyyətdə olub, söz sahibi olmur. Qarşısındakı birisi onun üçün əşhədübillah Allah səviyyəsində olur, səhv sözü də qur`an ayəsi kimidir. Gülər Əhmədova boz kardinalın cinayət əməllərindən danışanda onun sözlərini qəribçiliyə saldıq, özünü də barmaqlıqlar arasına. Hər zaman qeyd etmişəm ki, böyük vəzifə cinayət təfəkkürlü birisinin əlinə düşdükdə, o həmin birisi öz toxunulmazlığından sui-istifadə edərək məmləkətin anasını ağladır. Onun üçün müqəddəs heç nə yoxdur. Pul, var-dövlət onun həyatıdır, onun allahıdır. Pula görə anasını da satar. Bir şeyi anlamıram, hara baxır Baş Prokuror. Bu qədər cinayət əməli törətmiş birisi niyə görə azadlıqda gəzməli, bu xalqı maymaq hesab etməlidir, öz soyundan olmayanlartın əmlakını mənimsəməlidir, azərbaycanlıların cəmdəyinə tüpürməlidir? Şəxsən mən özüm üçün bütün bunları təhqir sayıram. Cənab Prezident, xahiş edirəm bu xırda görünən şeylərə sadə şey kimi baxmayın. Sizə yol göstərmək fikrindən uzağam. Bu 44 günlük müharibədə Siz özünüzə elə bir heykəl ucaltdınız ki, o heykəl uzun illər duracaqdır. Hər qələbənin bir atası olur, bu qələbənin atası da məhz Sizsiniz. Bu çör-çöpü, alaq otlarını məhv etməsəniz gələcəkdə problemlər ortaya çıxa bilər. Bu gün bizim Ordumuza, Qarabağın dirçəldirilməsinə kifayət qədər vəsait lazımdır, Bu milyonları onların canından, qanından çıxarıb yaxşı işlərə sərf etmək lazımdır. Ölkədəki islahatlar çox zəif gedir, demək olar ki, sürünür. Belə gedişlə nəyəsə nail olmaq mümkünsüzdür. Bu gün Administrasiyada yuva salmış məmurların böyük əksəriyyəti bu birisinin yetirmələridir. İnanın ki, sabah Allah eləməmiş bir xoşagəlməz hadisə baş verərsə, onlar Sizin deyil, onun tərəfini saxlayacaqlar. Bu xalq Sizi həqiqətən sevir...

Oxucu 2021-01-29 21:46:04

Ülvi Mehdiyev Respublikasmızda fəaliyyət göstərən "Asan" xidmətə rəhbərlik edir.. Şəki "ASAN" xidmətə işə götürənlərin çoxu Ukraynada və Gürcüstanda təhsil alanları işə qəbul edibdir, onların savadları olseydi Ölkəmizdə bir Kolecdə təhsil alardılar. saadları olmadıqlarına görə Attestatnan gedib Ali Təhsil alıblar... Asan xidmətin iş fəaliyyətləri yoxlanılmalıdır

Ağsaqqal 2021-01-29 20:28:16

Bunlar hamısı içəridə oturmalıdır. Görəsən nə çatmır bunları qandallamağa?....

HOKMEN BAXIN bu videoya !!!!!! 2021-01-29 19:04:24

Hormetli oxucular ve azpolitika.info, MUTLEQ BAXIN bu videoya ve ETRAFLI MELUMATINIZ OLAR Ramiz Mehdiyev barede : https://www.youtube.com/watch?v=cMnkZeiB8n0

MUTLEQ bu videoya BAXIN !!!! 2021-01-29 18:58:16

Hormetli oxucular ve azpolitika.info, MUTLEQ BAXIN bu videoya ve ETRAFLI MELUMATINIZ OLAR Ramiz Mehdiyev barede : https://www.youtube.com/watch?v=cMnkZeiB8n0

MUTLEQ bu videoya BAXIN !!!! 2021-01-29 18:58:16

Hormetli oxucular ve azpolitika.info, MUTLEQ BAXIN bu videoya ve ETRAFLI MELUMATINIZ OLAR Ramiz Mehdiyev barede : https://www.youtube.com/watch?v=cMnkZeiB8n0

Vahid 2021-01-29 18:39:42

Korrupsiyaya qarşı mübarizəyə yaradıldığı gündən dünənə qədər rəhbər olmuş Ramiz Mehdiyev......Bu heç ailəsindəki korrupsiyanı belə "görə" bilməyib ki.......Bu DƏHSƏT deyilb

Son yazılar