ZİYA MƏMMƏDOVUN DƏBDƏBƏLİ YENİ SARAYLARI AŞKARLANDI – Keçmiş nazir ölkənin hər yerində villalar tikibmiş + FOTOLAR

Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin sahibi Ziya Məmmədovun - o Məmmədovun ki, bugünlərdə dolanışıqdan şikayətlənir, arpa, yonca əkdiyini bildirirdi - Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrinin videoları yayılıb.

Bloqçu Mehman Hüseynovun hazırlayıb sosial şəbəkədə paylaşdığı reportajda sözügedən villaların yerləşdiyi ərazilərin Google Maps koordinatları da təqdim olunub.

Beləliklə, nazir olduğu illərdə 10 milyard dollardan artıq investisiyaları idarə etmiş Z.Məmmədovun sərvətinin kiçik bir hissəsini təqdim edirik:

1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan keçmiş nazir, mətbuata verdiyi son açıqlamasında burada mal-qara bəslədiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi. 

Malikanədə "M" işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar kotteclər, ayrıca bir kiçik villa da mövcuddur.

2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.

3. İsmayıllı rayonunun ən gözəl kəndlərindən biri Basqalda da sabiq nazirin villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə onun 4 villası var.

4. Qubanın ən gözəl kəndlərindən biri Qəçrəşdə, meşənin düz kənarında oliqarxın daha bir villası mövcuddur. Sahəsi 1 hektardan artıq olan ərazidə ucaldılmış malikanə böyük bir qəsrə bənzəyir.

5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. Villalar Qudyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir.

“AzPolitika.info”

635x100

Şərhlər

İ.Mustafaoğlu 2021-02-28 23:34:08

Nazirlərin, Komitə rəhbərlərinin , İcra Hakimiyyəti bəşıları və onların müavinləri dövlət vəsaitlərini öz dədəsinin malı kimi mənimsəyəndə inzibati orqanların rəhbərləri hara baxıb ? Nə üçün vaxtında cənab Prezidentimizə məlumat verməyib ? Ona görədə köklü surətdə məmurlar hqqında ciddi , qanuni cəza tədbirləri görülməlidir ki, başqalarıda görülmüş tədbirlərdən özləri üçün ibrət dərsi götürsünlər....

Veteran 2021-02-28 22:58:32

Mehman qardaş bunun tək bir bahalı villası qalıb.Əgər onun bahalı qəbir movzeleyini tapsan bizim üçün daha maraqlı olar.

Sabir 2021-02-24 22:43:51

mümkün olan şey deyil.Ona görə səbəbi oralarda axtarın.Bu YAP sayağı soyğunçuluğun sadəcə bir nümunəsidir.Hələ yerdə nə qədəri qalıb.Digər nazrlər, İcra başçıları,onların müavinləri və sair YAP-şılar.ü

Rəngsaz 2021-02-24 11:21:14

Hamısı yaxşıdır. Ehtimal ki, yalnız Ucardakı YÜKSƏK qonaq evi onun özünə məxsus ola bilər?

Oxucu 2021-02-24 00:07:47

Bu gördükləriniz Ziyanın yığıb apardıqlarının otkatıdır. Yığıb apardıqlarını müəyyən etmək üçün gördüklərininz sərvəti otkat faizinə bölüb, yüzə vurmaq lazımdır.

Eli 2021-02-23 23:36:26

Deyirem qeribe adamlar var.Bes bunun oğlu Anar paşa biznesmen deyil.Bu şeraiti papasına oğlu yaradıb da Tramp emisi ile birlikde.Deyirem bizde ne qeder paxıl adamlar var e Qoymazlar Ziya paşa istediyi kimi yaşasın

Veteran 2021-02-23 22:39:26

Mən bu " həqiqətə" inanmıram.Axı özünün dediyinə görə bunun 5-6 qoyunu-keçisi və bir sıpası var. Özu əvvəlki peşəsinə qayıdıb -cobanlığa.

Dədə 2021-02-23 21:10:31

Biz çox ağıllı millətik ki bu dəhşətlərə dözürük. Halal olsun bizə

Rasim QUliyev 2021-02-23 20:52:23

Allah senin gozunu doydursun.Zavalli ayini kabab cekende qorxmadiz onuyeyende .Yeqin her gun ayi kababi yeyirsiz .

Məhəbbət 2021-02-23 20:24:58

Allah sənə qəni-qəni rəhmət eləsin Xasməmməd müəllim. O deyirdi “ şərəfsiz insanlar üçün PUL hər şeydən əzizdir “ Ziya bəyin nə günahi var axı.Günah ona o imarətlərə,malikanələrə,villalara torpaq sahəsi ayıran insanlardadı. İ.Mustafaoğlu da Süleyman da öz rəylərində düz qeyd ediblər. Heç bu günə qədər araşdıran varmı ki,bu qədər milyardlar sənin üçün hardandı? Halal olsun sənə Ziya bəy.

İ.Mustafaoğlu 2021-02-23 20:00:15

Mən düşündürən bir sual ortaya çıxır : Dövlət vəsaitini zəbt edəndə dövlət qurumların rəhbərləri hara baxıb ? Nə üçün vaxtında Dövlət Rəhbərinə məlumat verməyib ? Villası olan rayonların İcra Başçılarına və hüquq orqanların rəhbərləri haqqında qanuni ciddi cəza tədbirləri görülməlidir ki, başqalarıda özləri üçün ibrət dərsi götürsün....

Abbas 2021-02-23 17:10:40

Bal əəs'n barmaq yalar! Adam alıb.vüeib.özünə qalanı isə tilintiyə sərf üsib.burada nə varki?Yığan bəll.alan bəlli.verən bəlli.Guya bundan heç kimin xəbəri olmayıb?ıvçv/

Süleyman 2021-02-23 14:35:23

Əcaib xəbərdr.Məmmədov ölkənin bir çox yerində saray tikdirib və bunu indiyə kimi heç kim görməyib?Hanı bəs Sizi bir kasıb həyətindəki tualetini söküb yeniləyəndə üstünə qartal kimi cuman bələdiyyələriniz.uçastkovularınız.Polisiniz,İcra başçılarınız?Guya bundan heç kimin xəbəri omayıb ,indi ortaya çıxıb? Hanı o tikililərə yer ayıran,tikintiyə nəzarət edən orqanlar?

qonaq 2021-02-23 14:03:48

halal olsun

Qabil Hüseynli 2021-02-23 13:18:37

Hələ sərvətləri bir yana ictimai rəyi arpa, yonca, mal-qara saxlamaq adı ilə ictimai rəyi aldatmasının özü cinayət təqibi yaradır

t.ədalət 2021-02-23 11:51:40

Talançı və oğruların bir adı var:Xain və xəyanətkar!Bu dönüklər xain kimi cəzalanmalı,adları Vətən xaini kimi qeyd olunmalıdır.....vəhşi oğruların normal ailədə doğulmaları şübhəlidir.

Cəmşid Dərələyəzli 2021-02-23 11:11:18

Bəyənmədiyimiz Sövetlər dövründə, hər hansı bir məmur haqqında, (fərqi yox idi, iri və ya xırda) mətbuatda bir yazı gedən kimi, aidiyyatı qrumlar derhal onu nəzarətə götürüb, araşdırmaya başlardılar. Hələ olydıki də o adam partiya üzvü olaydı, vay onun halına. Təssüf ki, indi mətbuatda, inter TV-lərdə çarşaf-çarşaf xəbərlər, yazılar gedir məmurlar haqqında, amma aidiyyatı qrumların heç biri tükünü belə qıpırdatmır. Əslində düzdürsə də, yalandırsa da bu araşdırılmalıdır. Araşdırılandan sonra, təbii ki iki kişidən biri muhakkak cəzalandırılmalıdır. Yəni xəbərləri yayanla, xəbərlərin aid olduğu kişidən biri. Nə yazıq ki, bizdə əksər vaxtlarda görənə iş kəsiblər. Sanki, bu belə də olmalıdır. Bunun adı isə, dübbə-düz cəzasızlıqdır. Məhz bunun nəticəsidir ki, Ölkə Başçısının o məmurlara dəfələrlə etdiyi xəbərdarlıqlar diqqətə alınmır. Nəticəsi isə qorxulu bir röyaya çevrilib. İndi onlar o qədər şişiblər ki, çönüb olublar beşinci kolon, dövləti təhdit edirlər. Ona görə də aidiyyatı qrumlar nəhayyətdə hərəkətə keçməli, bu məsələdə cənab Prezidentin bu yöndə dediyi sözün hədəfə dəyməsini təmin etməlidirlər. Bu təkcə DTX-nin də işi deyil. Bu işdə ən çox Baş Prokrorluq hərəkətə keçməlidir. Bu ayxınlarda, diyəsən mətbuatda oxudum, cənab Baş Prokror mətbuatda gedən məlumatların araşdıracaqlarını dilə gətirmişdi. Onda isə söz Kamran müəllimindir.

Cəmşid Dərələyəzli 2021-02-23 11:10:47

Roma 2021-02-23 10:22:01

Ziya Məmmədov, Metro Tağı kimi 40 ildən yuxarı ə/haqqını toplayaraq bu "balaca" mənzilləri tikib, tikinti işlərini qohum-əqrəba görüb, bəzən özü də qolunu çırmayıb kömək edib, indi də mal otarır, yonca əkir bir sözlə alın təri ilə, zəhmətlə birtəhər dolanışığını qurur...

Vətəndaş 2021-02-23 09:19:57

talan-qarətinin nəricəsidir ki,qiymətlər 100% qalxır,maaş azalır,iş yox güc yox. Hətda müharibədə canı qanını vermiş hərbiçilərin maaşı da azaldılıb. İllərdir gələ milyardlar haradadır ki indi millət pis gündədir? ..Bu talançı mənmurlar da başqa formada düşmən olan bir ermənidirlər canımızı qanımızı yeyirlər

Son yazılar