BƏS, HACIBALA ABUTALIBOV? - Onun digər korrupsionerlərdən nəyi əskikdir?...

“Günlərin birində Abutalıbov məni yanına çağırıb dedi ki, Bakı Əl Oyunları Sarayındakı tablo xarabdır, onu təmir etmək lazımdır. Mən də işçimlə gedib həmin tablonu təmir etdik. Prezident Əl Oyunları Sarayına gələndə tablonu bəyəndi. Hacıbala Abutalıbov da bizi əli ilə göstərib Prezidentə yalandan dedi ki, tablonu Venqriyadan (Macarıstan-red.) gələn ustalar düzəldib. Guya biz Venqriyadan gəlmişik…”

Bunu hələ 2012-ci ildə, Hacıbala Abutalıbov Bakını “sevə-sevə tikəndə” Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) vəzifəsindən azad edilən işçilərindən biri mətbuata açıqlamasında demişdi. Öz işçilərini Macarıstan şirkətinin əməkdaşları kimi təqdim edərək ölkə başçısını aldatmaqda məqsədin nə olduğunu anlamaq çətin deyil. Azərbaycanda uzun illər bu və ya digər layihəni hansısa xarici şirkət adı altında məmurların əlaqəli, yaxud şərik olduğu şirkətlərə verib, bundan milyonlar, yüz milyonlar mənimsənilməsi adi hal olub. Özü də bu istiqamət korrupsiya mexanizmlərinin çoxsaylı tərkib hissələrindən yalnız biridir. Hacıbala Abutalıbov isə Azərbaycanda sözügedən mexanizmlərin formalaşmasını və tətbiqini reallaşdıran ilk “qaranquşlardan” sayılır...

Lakin bu gün Ramiz Mehdiyev, Ziya Məmmədov, Fazil Məmmədov, Əli Həsənov, Zakir Qaralov, Oqtay Əsədov, Əhməd Əhmədzadə, Cavid Qurbanov, Heydər Əsədov, Səlim Müslümov və digər çoxsaylı iri kalibrli məmur-oliqarxların mənimsədikləri pullar, malik olduqları varidat, biznes, eləcə də oğurlanan vəsaitlərin büdcəyə geri qaytarılmasının vacibliyi barədə danışanda, nədənsə, yuxarıda sadalanan məmurlardan heç də geri qalmayan, hətta onların bir çoxunu üstələyən Hacıbala Abutalıbovun adı demək olar ki, çəkilmir.

Halbuki məntiq və reallıq nəzərə alındıqda, 5 il Suraxanı rayonunun icra başçısı, 18 ilə yaxın isə Bakının meri olmuş Hacıbala Abutalıbovun hansı varidata sahib olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Abutalıbov hələ Suraxanıda icra başçısı işləyən zaman buradakı böyük boş ərazilər rayonun o vaxtkı baş memarının əli ilə pay-pürüş edilməyə, açıq satışa çıxarılmağa başlamışdı. Özü də bu proses Abutalıbov tərəfindən çox “yaradıcı” formada həyata keçirilirdi. Belə ki, həmin vaxt digər rayon başçılarından fərqli olaraq, onun kabinetinin qapısı daim açıq olardı. İstənilən rayon sakini asanlıqla onun qəbuluna düşə, dərdini deyə bilərdi. O isə camaatın başını yalançı vədlərlə, şirin dillə aldadıb, insanları yola salar, onları rüşvət toplamaqla məşğul olan əməkdaşlarının üstünə göndərərdi (Abutalıbov eyni “iş prinsipini” Bakı meri olanda da davam etdirib-C.M). Baş memarın otağı isə başçının kabinetindən elə də uzaqda yerləşmirdi və deyilənə görə, H.Abutalıbovun öz kabinetinin qapısını açıq qoymaqda əsas məqsədi torpaq almaq üçün memarın yanına gələnlərin sayına və kimliyinə nəzarət etmək imiş... Hər necə olsa, qısa müddətdə Suraxanıda “böyük uğurlara” imza atmış Abutalıbov (Bu gün də Suraxanı rayonundakı ən bahalı ərazilərin böyük hissəsinin H.Abutalıbovun özünə və yaxın qohum-əqrabasına malik olduğu bildirilir - C.M) öz missiyasını Bakı meri postunda davam etdirdi. Məhz onun dövründə paytaxtda ərazilər qarış-qarış satılmağa, tikintiyə razılıq sənədləri başda olmaqla, istənilən sənəd və arayışların verilməsi, tenderlər, dövlət satınalmaları və s. əsl pulyığan maşına çevrilməyə başladı, bir sözlə, BŞİH böyük bir torpaq alqı-satqısı kontoru, “makler köşkü”, “korrupsiya yuvası” kimi ad çıxardı. 

  BŞİH-lə bağlı son qaqlmaqallı işlərdən biri kimi Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş korrupsiya faktlarıyla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işinin açılmasını göstərmək olar. Qeyd edək ki, həmin vaxt mətbuatda sözügedən qurumun rəhbəri Qüdrət Şükürovun adı liftlərlə bağlı maxinasiyalarda və korrupsiyada hallanırdı, müxtəlif mətbu orqanlar onun bir sıra ölkələrdə, xüsusən də Türkiyə, Avropa və Rusiyada mal-mülk alması, banklardan milyonlarla pul çəkməsi barədə məqalələr dərc edilmişdi. Üstəlik, Bakı merinin tabeçiliyindəki “baş liftçi”nin adı beynəlxalq korrupsiya qalmaqalında, daha dəqiq desək, ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulmasında da hallanmışdı. Məhz bu fakta görə ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələmişdi.

Demək istədiyimiz odur ki, təkcə liftlərlə bağlı işdə milyonlar, on milyonlar havada uçuşurkən, görün digər istiqamətlərdəki korrupsiyanın səviyyəsi hansı rəqəmlərlə ölçülürmüş. Özü də bu proses bir-iki il yox, 20 ilə yaxın davam edib.

Bütün bunları nəzərə aldıqda, Abutalıbovun təxmin edilən varidatı Ziya Məmmədov, Fazil Məmmədov və digərlərinin var-dövlətindən heç də geri qala bilməz. Onun təkcə oğlunun xaricdəki biznesinin miqyasının on milyonlar, hətta yüz milyonlarla ölçüldüyünə dair məlumatlar dərc edilib. Lakin H.Abutalıbovu digər iri ranqlı məmur-oliqarxlardan fərqləndirən əsas cəhət odur ki, bu şəxs özünü cəmiyyətə sadə, əlçatan və sadəlövh şəxs kimi tanıtmağı az-çox bacarıb. Öz maddi imkanlarını, var-dövlətini digər görməmişlər kimi reklam etdirməkdən yayınıb, ən əsası isə özünü hakimiyyətə sadiq, istənilən tapşırığı can-başla yerinə yetirməyə hazır şəxs kimi göstərməyə nail olub. Görünür, bütün bu və digər məsələlər nəzərə alındığından heç də göründüyü qədər sadə olmayan Abutalıbov barəsində hansısa ciddi istintaq araşdırmasına, mətbuata “bomba effekti” verəcək kompramat sızdırılmasına gedilməyib. Ancaq bu o demək deyil ki, sabiq merin “dosyesi” təmizdir... 

Sonda qeyd edək ki, mətbuatda yaxın günlərdə hakim YAP-ın qurultay keçirəcəyinə dair məlumat yayılıb. Kifayət qədər gözlənilməz olan bu qərarla bağlı həmin məlumatda partiyanın İdarə Heyətinin yenidən formalaşdırılacağı, bir zamanlar hakim partiyanın əsas simalarından olan Hacıbala Abutalıbov da daxil olmaqla, bir neçə şəxsin partiyadakı postlarıyla vidalaşacağı qeyd olunur. Həmin şəxslər də əsas etibarilə Abutalıbov qədər olmasa da, vaxtilə hakimiyyətdən gen-bol bəhrələnmiş, varlanmış Abel Məhərəmov, Əli Həsənov, Vaqif Əliyev və digərləridir. Hakim partiyanın çətiri altında daldalanan bu şəxslərin əksəriyyətinin artıq keçmiş fəaliyyətini araşdırsan, xirtdəyəcən qanunsuzluq, korrupsiya, mənimsəmə faktlarına rast gəlmək olar. Odur ki, əgər ölkədə doğrudan da korrupsiya ilə mübarizə, büdcədən oğurlanan vəsaitlərin geri qaytarılması istiqamətində ciddi addımlar atılması, islahatlar aparılması nəzərdə tutulursa, o zaman keçmiş fəaliyyəti yoxlanmalı olan qurumlar bir-bir nəzərdən keçirilməlidir və sözsüz ki, onların sırasında BŞİH ilk yerlərdə durmalıdır... 

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Aborigen 2021-03-12 16:16:02

"Onun digər korrupsionerlərdən nəyi əskikdir?..." Heç nəyi!

Oxucu 2021-03-08 08:51:20

Hörmətli Cəlal müəllim! Bu rüşvətxor, Qaxın Ağçay kəndində ailə üzvləri üçün tikdirdiyi villalar şəhərciyində keyf çəkir.

borigen 2021-03-04 12:37:10

"Bəlkə də qaytardılar..."

Oxucu 2021-03-03 22:46:55

Hacıbalanın axırıncı kassiri, Mənzil-Kommunal Departamentinin sədri, Rəfayıl Mehrəliyev yenə də kassirliyini edir. Ümumiyyətlə, Hacıbaladan sonra Bakı İcra Hakimiyyətində heç bir dəyişiklik yoxdur. Kassir Rəfayıl öz fəaliyyətini davam etdirir.

vətəndaş 2021-03-03 21:49:55

Bir yaxın tanışım söhbət edir ki deməli BŞİH-dən Nəqliyyat departamentinə hər ay 1.5 və ya 2.0 milyon pul ayrılırdı.Həmən pulun 97% i Acıbalaya çatmalı idi iki gün ərzində.Narazılıq olurdu ki heç olmasa bu pulun 90 % verək qalan 10% -i bank xidmətinə nə bilib nəftərxana ləvazımatın veri,Hacıbala deyirdi yox-yox gələn dəfə nəzərə alaram.Qalırdi o pulu silmək məsələsi öz müəsisələrindən 5 manatlıq ehtiyyat hissəsinə 500 man olmaqla alırdılar,mir maşınln qiyməti olurdu təyyarə qiymətinə.Kim səsini çıxarsa səhəri günü qapıdan o adamı qaytarırdılar ki sən işdən azadsan.Bu adam boynunu burub duranda adam heyrətə gəli.Dələduz,yaltaq,cibgir bir insan neçə illərlə xalqı avam yerinə qoyub,öz işini necə aşırıb.Qaxın Ağçay kəndində villası var xan sarayı kimi.Axranaları deyir ki ,bütün günü bu adam öz-özünə danışır,bilmirsən nə danışır,bir sözlə indi də özünü dəliliyə vuru.Sən demə bunun dəlilik kağızı da varmış.

t.ədalət 2021-03-03 20:51:29

Hacıbəlanın ana tərəfi ermənilərə gedib çıxır.

Firdövsi 2021-03-03 20:37:13

91-lərin 99 faizi .... Bəs 30 il buna hakimiyyət niyə seyredici qalıb?Maraqlı deyilmi?

Oxucu 2021-03-03 19:24:30

Ev tikənlərdən yaxşı pullar alıb, bir bina tikintisi üçün nəzərdə tutulan sahədə bir neçə bina yerləşdirib, Bakının relyefini nəzərə almadan, klassik və modern stillərinə əhəmiyyət vermədən şəhəri eybəcər vəziyyətə saldı. Çəkdiyi asfaltlar yağış yağanda şəkər tozu kimi yuyuldu. Dünyanın hansı ölkəsində dəlilik kağızı qəzetdə çap olunanı mer vəzifəsinə seçirlər?

A.Məmmədov 2021-03-03 16:23:40

2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən iclasda Hacıbala Abutalıbov özünü “iyrənc rüşvətxor” adlandırdı(bu iclasa həsr olunmuş məqalələr mənim iddia ərizələrim əsasında aparılmış məhkəmə işinə əlavə olunub). Mən, korrupsiyanın dövlət və cəmiyyət üçün böyük bəla olduğunu gözəl anladığımdan, bu iclasdan sonra vədandaş mövqeyimi ortaya qoyaraq, rüşvətxorluğunu nümayişkarənə şəkildə etiraf etdiyinə görə Hacıbala Abutalıbovu cinayyət məsuliyyətinə cəlb edilməsi barədə Baş Prokurorluğa məktub göndərdim. Sonradan məlum oldu ki, məktub qeydiyyata alınmadan Hacıbala Abutalıbova verilib. Bu hadisədən sonra məni işdən çıxartmaq üçün o, yeddi il məqam axtarmağa başladı. 13 dekabr 2011-ci ildə məni kabinetinə çağırdı, məni işdən azad etməyini elan etdi və polislərin köməyi ilə məni iş yerimdən uzaqlaşdırdı. Məhkəməyə müraciət etdim. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov, mənimsədiyi vəsaitlərin köməyi ilə bütün instansiya məhkəmələrində işə mahiyyəti üzrə baxmağa imkan vermədi və öz xeyirinə məhkəmə qərarları çıxartdırdı.

Veteran 2021-03-03 15:15:05

Bu özünü .... qoya- qoya necə illər dövləti dağıdanlardan biridir.Oğluda vəhabiləri maliyyələşdirib.indidə qaçıb onlarla birlikdədir.Yeri türmədə hazırlanıb.

Son yazılar