QUDALAR LONDONDA ƏMLAKA MİLYONLAR YATIRIR - Sabiq nazirin kürəkəni daha 4 bina aldı + FOTOLAR

Azərbaycanın ən “yırtıcı” nazirlərindən biri olmuş sabiq Vergilər naziri Fazil Məmmədov 4 il bundan əvvəl vəzifəsindən uzaqlaşdırılsa da, onun topladığı varidatın səsi hələ də uzaq-uzaq ölkələrdən gəlməkdədir.

“AzPolitika.info” xəbər verir ki, müstəqil jurnalist Cavanşir Həsənli Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə yeni mülklərin alındığına dair məlumat paylaşıb: “Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. 

Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda "THE LYRİC", "OLİVES & MEZE", "WOK TO WALK" restoranları, "WEST & END" daşınmaz əmlak agentliyi yerləşir.

Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı. 

Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı.”

Bu məlumata əlavə olaraq onu da qeyd edək ki, Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub.

Maraqlıdır, Azərbaycan dövlətinin Qarabağı dirçəltmək üçün böyük vəsaitlərə ehtiyacı olduğu bir vaxtda Əbdül Əliyevin Londonda əmlaka milyonlar yatırmasının hesabı sabiq nazir Fazil Məmmədovdan və onun nazir müavini qudasından soruşulacaqmı? Hüquq-mühafizə orqanları uzun illər vergi adı ilə sahibkarları talayan bir sistemin başında durmuş bu şəxsləri məsuliyyətə cəlb edəcəkmi?

Cəlal

“AzPolitika.info”













635x100

Şərhlər

Amerikanli 2021-07-31 20:42:39

Eshi yaxshi eliyib yeyirler bacarirsiz siz de yeyin

Samir 2021-04-19 21:06:28

Uşaqda fərasətə bax. Yaxşı eliyib.

Ədalət 2021-04-19 09:27:47

Baxça müəllimlərin maaşından hər ay səkkiz manat tutulur.232 manat verilir..Amma oğru OLİQARXLAR sultan həyatı sürür.

Çoban 2021-04-18 22:31:15

Allah azərbaycan xalqını cəzalandırır

vuqar 2021-04-17 18:42:20

Fazilin qudasi Namiqin o biri qudasi da Necmeddin Sadixovdu. bunu cox adam bilmir

rasim quliyev 2021-04-17 15:37:39

Nece yigib elede elden gedir havayi pul olanda ele ur.

esger 2021-04-17 14:00:48

Qoy hökümət cavab versin 11 il qabaq deklarasiya haqqinda qanun bu günə qədər niye tetbiq olunmur?

Camaat 2021-04-17 13:54:38

məmurlar o qədər bu xalqa qarşı cinayətlər törədiblərki dünyanın harasına qaçsalarda gətirilib məsuliyyətə cəlb edəcəyik.Axırıcı manatlarına qədər burunlarından gətiurəcəyik....

Niyaməddin 2021-04-16 19:01:12

Kasıbların haqqını yeyənlərə Allahın lənəti olsun, dünya və axirətdə Xəlil olsunlar! Amin!

t.ədalət 2021-04-16 13:59:46

Talançı və oğru nazirlərin və məmurların var-dövlətinin siyahısını oxuduqca,adam vahimələnir.Bu sərvətlərin hamısı neftdən büdcəyə daxil olan pullardan oğurlanıb.Ucu-bucağı görünməyən bu pullar necə olub ki,oğurlanıb?

Eko 2021-04-16 13:16:37

Yaziq millet )))))

t.ədalət 2021-04-16 12:37:08

Fazil Məmmədovun MTK-ları,marketləri adlarını dəyişib işləyir.Oğrulardanb hansı cəzalanıb ki,Fazil də cəzalansın?...

Cefer Memmedov 2021-04-16 12:06:42

İsgəndər raketləri barəsində necə hesab sorulursa, bunun da hesabı sorulacaq.

Son yazılar