İranın dini rəhbəri Seyyid Əli Xamenei Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə paylaşım edib.
"AzPolitika.info" xəbər verir ki, Xamenei öz "tvitter" hesabında Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutaraq hədələyici tonda bunları yazıb: “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək”.
Xatırladaq ki, Əli Xamenei iki gün öncə Türkiyə prezidenti ilə görüşdən sonra da Zəngəzur dəhlizi ilə bağlı paylaşım edərək, buna qarşı çıxdığını bildirmişdi: "Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur".
Xameneinin Zəngəzur dəhlizi məsələsində də ermənilrlə eyni mövqeydən çıxış etməsi təəccüblü deyil. Bu İran rejiminin İslam birliyindən, qardaşlığından danışarkən nə qədər saxtakar olduğunu bir daha ortaya qoyur.
Ancaq maraqlıdır, Zəngəzur dəhlizi açılanda Xamenei dözməyib neyləyəcək?
"AzPolitika.info"


Şərhlər
Mənə elə gəlir ki, (hər halda mən dönə-dönə yzr istəyirəm) erməni ilə müqayisədə biz Azərbaycanlılar bəzi cəhətdən onlara uduzuruq. Belə ki, dünyada elə bir erməni tapa bilməzsən ki, ermənistanın (düz olmayan, qəsbkar, alçaq, işğalçı və s.) nahaq olduğunu bilə-bilə, yenədə özlərinin tərəfini tutur və əlində olan hər hansı bir imkandan maksimum istifadə edir. Bəs biz Azərbaycanlılar necə???...Götürək Azərbaycanlı Xameneinini, İran boyda dünyanın ən iri dövlətlərindən birinin rəhbərini (İran ərazi və əhali baxımından və eləcə də təbii sərvətlərinə görə dünyanın birinci 20-liyində olan ölkədir), öz millətinə arxa çevirib, məscidlərimizdə donuz saxlayan, demək olar ki, Allahın hər günü şəhid verən, ana-bacılarımızı əsir götürüb başlarına min bir oyun açılan, körpə balalarımızı amansızlıqla qətlə yetirən və s. və i...erməniynən dostluq edərək silah-sursat verərək onların tərəfini tutursan...baxın bu da müqayisə?????
Xamenei bir yerdə səhv edib.Küfr və üsyan dövlət İran yerinə,İslam dövləti ifadəsini işlədib. Əlbəttə İslam İrandan,İran da İslamdan çox-çox uzaqdır