Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu imiş - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq etmiş şəxsin icra başçısının qohumu olması müəyyən edilib.

"Bakupost.az" xəbər verir ki, iyulun 27-də saxlanılan Elvin Əliyev Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğludur. Məlumata görə, həmin şəxsin ilk dələduzluğu olmadığından, icra başçısı onu xilas etməyə çalışmayıb.

Qeyd edək ki, vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb, onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank hesabına köçürülməsini təmin edib, dələduzluq yolu ilə ələ keçirib.

Bu əməllərinə görə Elvin Əliyev 27 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Türk 2022-08-01 18:39:22

bi icra başçısı haralıdır görəsən

dadaşyev 2022-08-01 13:02:12

Qaynana:---Aaaa! Heç demə ambardar Məmmədxan bizim bu Qaloşun dost-doğma qardaşı oğlu imiş. Prokuror Mehman:---Bütün əmilərin qardaşı oğlu olur... Ambardar Məmmədxan:---Ambarı birlikdə yeyib dağıtmışıq,indi mən tək qalmışam? Qaloş:---Mənə inanmırsan,qardaşoğlu?!

Mader 2022-07-31 19:58:12

Icra bascilari arasinda nesli ecabeti milli olmayan quvveler qalmaqda davam edir. Bunlarin hele de ne ucun ve kim kimler terefinden qorunduqlari yaxsi melumdur. ......ruslarin acar mexluqlari hele de vezifededirler. .....rusiyaya bagli sexslerin neve ve neticeleri basci gonderilir. Mall kafel metlaq usaqlari mama papa balalari! Unutmayin her bir sey hessas nezaret altinda musahide olunur.

Tural 2022-07-31 19:56:17

Guya Ziyəddin Əliyev özü yaxşıdır? Ziyəddin potensial cinayətkarlar və bundan da betərdir. Sadəcə tutduğu vəzifənin imkanları onu qoruyur. Zamanı gələcək və Prezidentimiz onu da qardaşı oğlunun və digər kolleqalarının "otağına" göndərtdirəcək. Səbr edin. İnşəallah.

dadaşyev 2022-07-31 19:26:00

Demək ki bu tək görməyib o işləri. "Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə" dələduzluq edib.İcrakomların səlahiyyətli şəxsləriylə yəni. Onların da hamısı istintaqa cəlb edilməlidir.Çəmənlikdə böyrü üstə uzanıb ot saplağını dişləri arasında hərlədə-hərlədə qoyun-quzu otarası tipində olan bir gədənin tək bacaracağı iş deyil bu.Millət icradan gələn hər bir zəngə dövlətdən gələn zəng kimi etibar edir deyə bu gədə millətin o etibarından istifadə etmişdir.Həmin o səlahiyyətli şəxslər də dövlətin etibarından öz murdar məqsədləri üçün istifadə etdikləri üçün məsuliyyətə cəlb edilməlidirlər.

Vətəndaş 2022-07-31 19:02:45

BUrada anlaşımaz nə var ki? Hamı bilir ki, İcra başçıları rüşvət yığır və bunu öz yaxınları,qohumları və ya müavinləri vasitəsilə edir. Ramiz Mehdiyev və digərləri vasitəsilə rüşvətlə icra başçısı təyin edilən nə etməlidi ki? Guya bu sirrdir?Kim bunu billmir?

Son yazılar