FTB-nin 100 ƏMƏKDAŞI TRAMPIN EVİNİ BASDI - Ağ Evdən çıxartdığı məxfi sənədlər axtarılır (FOTOLAR)

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın Mar-a-Lago iqamətgahında axtarış keçirib. 

"AzPolitika.info" Qərb mediasına istinadən xəbər verir ki, qurumun eyni anda 100 əməkdaşı əməliyyata cəlb edilib.

Bu da xəbər verilir ki, axtarışı keçirmək üçün məhkəmə tərəfindən FTB-yə order verilmişdi. Həmin məqamda Tramp Nyu-Yorkda idi və planlaşdırılan axtarış barədə xəbəri olmayıb. Çünki nə məhkəmədən, nə də FTB-dən hər hansı informasiya sızdırılmayıb.

Məlumatda daha sonra qeyd olunur ki, FTB Trampın iqamətgahını mühafizə edən Məxfi Xidmətə qabaqcadan xəbər vermişdi və Məxfi Xidmətin əməkdaşları FTB-yə kömək edərək Mar-a-Lago iqamətgahına daxil olmağa icazə veriblər.

Mediaya danışan mənbələr bildirir ki, FTB Trampın Ağ Evdən qeyri-qanuni çıxartdığı məxfi sənədləri axtarır.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar