RUSİYAYA QALİB GƏLMƏK ÜÇÜN 5 ADDIM... - Ukrayna Prezident Ofisi açıqladı

Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak Rusiya üzərində tam qələbə çalmaq üçün əsas beş addımın atılmasının vacib olduğunu bildirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə öz “telegram” kanalında paylaşım edən Yermak hazırda qələbə üçün lazım olan 5 şərti sadalayıb: “Rusiya terrorçuluğa sponsorluq edən dövlət kimi tanınmalı, rusiyalılara vizalar verilməməli, neftin satış qiymətinə məhdudiyyət qoyulmalı(Rusiya üçün-red.), onun təbii qazına embarqo qoyulmalı və Ukraynaya çoxlu silah verilməlidir. Bu addımlar bizə imkan verər ki, Rusiyaya qalib gələk. Eləcə də onun iqtisadiyyatını, ordusunu dağıdar və Qərb dünyası ilə savaşmaq və onu şantaj etmək arzusundan məhrum edər”.

Xatırladaq ki, ABŞ Senatı Döblət katibi Entoni Blinkeni Rusiyanı Ukraynada, Gürcüstanda, Suriyada və Çeçenistanda törətdiyi cinayətlərə görə terrorçuluğa sponsorluq edən dövlət kimi tanımağa çağırıb.

“AzPolitika.info”  

635x100

Şərhlər

qaraguruh 2022-08-13 14:10:09

Ukraynalılar qırılıb qutardı--çünki bunlar əsas millətin nümayəndələri deyillər--ürəkləri yanmırki-bir xaxolun bir qızı ya da bir oğlu var--onu da öldürdün daha nə qaldı ki--sən müharibəni dayandır--embarqoları dahada artır--bu mənim fikrim

Son yazılar