Qazaxıstan birinci sinifdən rus dilinin öyrənilməsini ləğv edib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə qərarı ölkənin təhsil naziri Asxat Aymaqambetov açıqlayıb.

“Biz belə qərara gəldik: ikinci və üçüncü dilləri mənimsəmək üçün uşaq öz ana dilində oxuyub yazmağı öyrənməlidir. Ona görə də dövlət məktəblərinlində təhsil alan uşaqlar birinci sinifdən yalnız qazax dilini öyrənəcəklər" - deyə, nazir vurğulayıb.

Xatırladaq ki, Qazaxıstan MDB məkanında ən çox rusdilli əhalinin yaşadığı ölkələrdən biridir. Bəzi mənbələrə görə, vətəndaşların üçdə biri rus kökənlidir və bu dildə yazıb-oxuyur. Rus dili isə Qazax dili ilə yanaşı dövlət dili statusuna malikdir.

"AzPolitika.info"