“Bu, Rusiyanı potensial xarici təhdidlərdən qoruyacaq”
Rusiya Prezidenti Vladimir Putin “Zirkon” hipersəs qanadlı raketləri və bir sıra müasir silahlarla təchiz olunmuş “Admiral Qorşkov” adlı döyüş gəmisinin Atlantik okeanına göndəriləcəyini açıqlayıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Putin bu silah sistemlərinin bənzərsiz olduğunu vurğulayıb. Həmçinin bəyan edib ki, bu cür silahlar Rusiyanı potensial xarici təhlükələrdən etibarlı şəkildə qorumağa imkan verəcək.
“Biz Silahlı Qüvvələrin döyüş potensialını inkişaf etdirməyə, yaxın onilliklərdə Rusiyanın təhlükəsizliyini qoruyacaq qabaqcıl silah və texnika istehsal etməyə davam edəcəyik” – deyə, Putin bildirib.
“Donanmamız üçün yenicə istifadəyə verilmiş “Admiral Qorşkov” freqatını böyük ekspedisiyaya çıxarırıq. Ən müasir hipersəsli “Zirkon” raketləri ilə təchiz edilmiş hərbi gəmimiz Atlantik və Hind okeanlarında missiyasını başa vurduqdan sonra Aralıq dənizi sularında lövbər salacaq. Uzun səfərə çıxacaq hərbi gəmimiz Rusiyanın maraqlarını müdafiə edəcək" – deyə, Rusiya lideri əlavə edib.
Müdafiə naziri Sergey Şoyqu da bildirib ki, ynvarın 5-də yola salınacaq döyüş gəmisi Atlantik okenıyla yanaşı, Aralıq dənizində və Hind okeanında da xidmət aparacaq.

Gəminin dənizdə və quruda düşmənə dəqiq və güclü zərbələr endirmək qabiliyyətinə malik olduğunu qeyd edən Şoyqu, hipersəs raketlərinin qabaqcıl hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gəlmək imkanında olduğunu da vurğulayıb: “Məlum olduğu kimi, səsdən 9 dəfə daha sürətli hərəkət etmək qabiliyyətinə malik olan və saniyədə 2,6 kilometr sürətə çatan bu raket ilk dəfə bir döyüş gəmisinin inventarında yer alır. “Zirkon” raketləri daşıyan “Admiral Qorşkov” freqatı müvafiq olaraq Atlantik və Hind okeanlarında müttəfiq hesab etdiyimiz ölkələrlə birgə hərəkət edərək qlobal maraqlarımızı müdafiə edəcək. Ekspedisiya zamanı “Zirkon” raketləri ilə təlimlərin keçirilməsi də nəzərdə tutulur. "Admiral Qorşkov" uzun səyahətin sonunda Aralıq dənizi sularına gələcək və bir müddət burada qalacaq”.
Xəbərdə qeyd olunur ki, səsdən 10 dəfə daha sürətli olan “Zirkon” raketləri 1000-2000 kilometr mənzilə sahibdir.
“Zirkon” raketinin ən mühüm xüsusiyyəti yüksək sürətinə görə (saatda 10 min km) qırıcı raketlər tərəfindən tutula bilməməsidir. Rusiya hərbçiləri bir “Zirkon” raketinin ABŞ-ın təyyarədaşıyan gəmisini batıra biləcək qədər güclü olduğunu iddia edirlər. Düşmən gəmisinə 450 km məsafədən atəş açılsa, raketin təxminən 2,9 dəqiqədən sonra hədəfə çatması gözlənir.
“AzPolitika.info”

Şərhlər
Elə güclü silahın var Kiyevi tut da,dolamısınız camaatı. Xaxollar orada sizə qan uddurur,bu yalançılarda ABŞ təyyarə daşıyan gəmisin batırmaqla hədələyirlər. Bu ruslar nə yeyib-içir görəsən ?