Menu

SEPARATÇILARIN BAKI İLƏ ƏSAS DANIŞIQÇISI İŞDƏN ÇIXARILIB - Ermənilər arasında qarşıdurma şiddətlənib

07.01.2023, 16:27
SEPARATÇILARIN BAKI İLƏ ƏSAS DANIŞIQÇISI İŞDƏN ÇIXARILIB - Ermənilər arasında qarşıdurma şiddətlənib

Xankəndində “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən kənarlaşdırılıb. Müvafiq fərmanı şənbə günü “prezident” Araik Arutyunyan imzalayıb. 

"Turan"ın məlumatına görə, bu barədə yanvarın 7-də günorta Ermənistan KİV bildirib.

Balasanyanın yerinə əvvəllər  “milli təhlükəsizlik xidməti” rəhbərinin birinci müavini olmuş Ararat Melkumyan təyin edilib.

“İşdən çıxarılma"nın səbəbi açıqlanmır, lakin yerli müşahidəçilər dəfələrlə qeyd ediblər ki, Balasanyanlaseparatçılarının yeni lideri Ruben Vardanyan arasında ciddi ziddiyyətlər var. Bu, Ruben Vardanyanın bu yaxınlarda Xankəndidə təşkil etdiyi mitinqdə xüsusilə nəzərə çarpıb. Balasanyan nümayişkaranə şəkildə mitinqdə iştirak etməyib.

Qeyri-rəsmi məlumata görə, Vitali Balasanyan Bakının əlaqə saxladığı şəxsdir. Belə ki, məhz Balasanyan Laçında ermənilərlə ünsiyyətdə olub, onları sakitcə, yaşayış məntəqələrinə ziyan vurmadan şəhəri və ətrafdakı kəndləri tərk etməyə çağırıb. Bu səbəbdən Balasanyanı xəyanətdə və Bakıdan gələn əmrləri yerinə yetirməkdə ittiham ediblər.

Öz növbəsində Azərbaycan rəhbərliyi bildirib ki, Xankəndi ermənilərilə əlaqə saxlayır, lakin Moskvanın əlaltısı Ruben Vardanyanla münasibət qurmayacaq.

Balasanyanın çıxarılması separatçıların rəhbərliyində ziddiyyətlərin artmasından xəbər verir. Bakı ilə danışıqlar aparmağa hazır olanların kənarlaşdırılması o deməkdir ki, Vardanyan Azərbaycan hakimiyyətilə sərt qarşıdurma xəttini davam etdirmək niyyətindədir ki, bu da silahlı qarşıdurmaya apara bilər. 

Şərhlər

Hafiz 2023-01-09 10:35:48

Əsaslı və həqiqi Şərhlər niyə ortaya çıxmır? Deməli torbada pişik var!

İbrahim Vəliyev 2023-01-08 15:20:31

Vardanyanın Rusiya vətəndaşlığından çıxdığı bəlli,Lavrov da bunu təsdiqlədi. Bəs Vardanyan hansı ölkə vətəndaşıdır və hanı kimliyi daşıyir? Paşinyan da onun Ermənistan vətəndaşı olmadığını deyib.Bəs bu necə olur ki,Azərbaycan torpağı olan Qarabağda Vardanyan vəzifəsinə təyin olunur? BU oyunun dı nədir və baş oyunçuar kimlədir? Nİyə AZərbaycan bu məsələni qaldırmır?

Vüqar 2023-01-07 23:46:43

Vardabyana vəzifəni,möhürü kim verib ki,vətəndaşlığı bəlli olmayan adam Azərbaycanda hökmranlıq edir?

Turan 2023-01-07 20:28:46

Biz hazır, bəs Hindistan qaraçıları?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol