Ermənistanın Baş naziri Nikol Paşinyan narazılığını bildirib ki, təhlükəsizlik sferasında müttəfiqlər İrəvana kifayət qədər dəstək göstərmirlər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə həmkarları isə «sadəcə Ermənistanı atıblar». Vovayeviçin bu «gileyini» bu dəfə molla qardaşları - İranın «Javan» nəşri yayıb.
Paşinyan narazılıq ifadə edib ki, Ermənistanın ənənəvi müttəfiqləri İrəvana kifayət qədər dəstək vermirlər, «Dağlıq Qarabağdakı» sülhməramlı qüvvələr də yerli erməni əhalisi üçün «xeyli az» iş görür, bu insanlar de-fakto blokada şəraitində gün keçirirlər və s.
Rəsmi İrəvan hesab edir ki, müttəfiqlər tənqidə layiqdirlər, belə ki, respublikanın maraqlarını «xarici təhlükə qarşısında» kifayət qədər aktiv müdafiə etmirlər. Daha nə qaldı ki? Utanmazlıqda ad çıxartmış Vova züriyyəti üstüörtülü şəkildə dünyaya yalan-palan püskürməyin növbəti fazasına keçib və həyasızlıqla hamıdan umur, demək istəyir ki, yaxşı iş görmürsünüz, mən qonşumla torpaq işğalı davasına çıxmışam, sizlər isə mənə bu «şərəfli» işdə yetərincə dəstək vermirsiniz, mənim təhlükəsizliyimi qorumursunuz və s. Nikolçik Makron qardaşının ağızucu «nərim bək dur» deməsindən ruhlanıb Rusiyanın da «bostanına daş atmaq»dan çəkinməyib. O, deyib: «Azərbaycanın aqressiv fəaliyyəti və Ermənistanın suverenliyinə qəsdi 2021-ci ilin mayından sentyabra qədər xeyli hiss ounandır. O zaman bizim müttəfiqlərimiz (KTMT üzrə) sadəcə, bizi atdılar».
Bu gileyi bir qədər yumşaltmaqla, Nikolçik əslində, dünyanın diqqətini görünməmiş fəndgirlik və həyasızlıqla özünün təcavüzkar siyasətinə cəlb etmək cabası göstərir və ağızucu qırıldadır ki, bəs, deməzsənmi Ermənistana kömək etmək heç kəsin «müqəddəs borcu» deyil. Bu fonda bəzi müttəfiqlər Ermənistana köməyi dayandırmırlar, amma «filoloji ponosa» tutulmuş bu dığa dostlarının adını sadalamsa da onun «ahəngindən» hiss olunur ki, indiyə qədər Rusiyanın qucağında oturmuş bu dığa dost deyərkən Fransanı, İranı və mümkündür ki, Hindistanı nəzərdə tutur…
Maraqlıdır ki, Nikolun «Rusiya sülhməramlıları az iş görür» iradı ilə Kremldə razılaşmasalar da o, o yan-bu yana burcudur və «sazla dediyini sözlə də deməkdən» çəkinmir: «Ara, quzeyli, Vartan səndən gileyli…»
Yəni Nikol demək istəyib ki, ara Volodya, bu Vartanı göndərmisən «Dağlıq Qarabağa», amma zavallı Vartan Azərbaycanda nə qədər axtarırsa, «Dağlıq Qarabağ» adında ərazi tapa bilmir, İndi əlacsız qalıb da beş-on nəfər azmış ermənini başına toplayıb «Allah kəssin belə bazarı» ağısı deyir…
Amma gecə-gündüz hiylə generasiya etməyə qurşanmaq əvəzinə, Vovayeviç bircə anlığa düşünsəydi ki, haqlı deyil və buna görə də müttəfiqləri onu «adam yerinə qoymurlar», bəlkə də necə bir abırsızlığa yol verdiyinin fərqində olardı. Belə ki, Ermənistan Azərbaycana ərazi iddiası irəli sürüb, ərazilərimizin 20 faizini işğal edib (Rusiyanın əli ilə) və təxminən 30 il işğal altında saxlayıb, şəhərlərimizi, kəndlərimizi yerlə yeksan edib, təbii sərvətlərini talayıb, insanlarımızı qəltə yetirib, indi isə göz yaşı tökür ki, qoymayın, Azərbaycan «məni döyür»…
Beləsinə daha bir dəmir yumruq ilişdirməyin yeri deyilmi?
Mirzə AĞ
AzPolitika.info

Şərhlər
Erməni dilənçisi görməmişəm. SSRİ buraxılmazda İrəvan Kremlə və *qərbə* ismarıc verir ki, qrikor sektası olanda nə olur ki, biz də *XAÇ* çeviririk, Azərbaycanı, Türkiyəni işğal edib, verin bizə, əraziləri, sərvətləri istədiyimiz kimi istifadə edək!? Cənab Baş Nazir nədən tam məxfi qonşu Azərbaycanla bütün sualları üzrə razılığa razılığa gəlib, layihə snənədlərini Kremlə də, Aİ da, Ağ evə də təqdim etmir?
Timsahın göz yaşları...Görəsən dünyada 2-ci belə bir millət varmı ki, öz əməllərini başqasının adına yazsın...oğurluq, quldurluq, qəsbkarlıq, alçaqlıq, şərəfsizlik və s...