“RUSİYA FEDERASİYASI MƏHV EDİLMƏLİDİR” - “Əsas məsələ Putini dayandırmaqdır”

“ABŞ və Qərb ölkələri bu müharibəni necə bitirəcəklərini anlamırlar”

“Rusiya Federasiyasında Putin rejimi fəaliyyət göstərdiyi müddətcə, dünyanın təhlükəsizliyindən söhbət gedə bilməz. Dünya ölkələrinin əsas vəzifəsi əlində nüvə düyməsi olan Vladimir Putini dayandırmaq və Rusiya Federasiyasını nüvəsiz dövlətə çevirməkdir”.

“AzPolitika.info” xəbər verir ki, bunları xaricdə yaşayan rusiyalı siyasətçi və jurnalist Aleksandr Rıklin Ukrayna mətbuatına açıqlamasında bildirib.

Rıklin qeyd edib ki, Qərb ölkələri hələ də bu məsələnin həllində qətiyyət nümayiş etdirməyiblər: “Bu gün əksər dünya liderləri Putindən daha çox Rusiya Federasiyasının kortəbii şəkildə dağılmasından qorxurlar. Bu səbəbdən də Ukraynaya silah tədarükündə ehtiyatlı davranırlar. İndiyədək Ukrayna Silahlı Qüvvələri tanklar, uzaqmənzilli artilleriya və raket sistemləri ilə təmin olunmayıb. Mənim fikrimcə, həm ABŞ, həm də Qərb ölkələri bu müharibəni necə bitirəcəklərini anlamırlar”.

“Çox güman ki, bu gün dünya ölkələrinin liderləri Putin rejiminin yaratdığı təhlükələrdən tam xəbərdar deyillər. Ona görə də adət etdikləri üsullarla onu aradan götürməyə çalışırlar. Yəni, ocağı tamamilə dağıtmaq əvəzinə, bir qədər söndürmək istəyirlər”, - deyə o, izah edib.

Siyasətçi Rusiyanın Ukraynada məğlub olması fonunda, baş verə biləcək mümkün ssenariləri sadalayıb: “Bura - Rusiya Federasiyasının dağılması, Putinin devrilməsi və Rusiyanın fəaliyyət sahələrinin dondurulması aiddir. Əsas məsələ Putini dayandırmaqdır. Həmçinin bu dəhşətli müharibədən sonra Rusiya nüvəsiz gücə çevrilməlidir. Dünya liderləri bunu dərk etməsələr, Rusiya təhlükəsi davam edəcək”.

“Rusiya Fedarasiyası məhv edilməli və yerində yeni bir dövlət yaranmalıdır. Əgər indi bu məsələ həll olunmasa, o zaman bunu övladlarımız, hətta nəvələrimiz həll etməli olacaq. Ona görə də bütün dünya ölkələri bu məsələdə məsuliyyəti davranmalıdırlar. Bəli, bu, çətin qərar olsa da, qəbul edilməlidir”,- Rıklin əlavə edib.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2023-01-13 14:07:19

İNŞALLAH! ALLAH BU GÜNÜ TEZ ETSİN!

Son yazılar