RÜSTƏMOVUN NİKAHDANKƏNAR OĞLU İLƏ BAĞLI YENİ FAKTLAR - Aqilin anası onun katibəsi olub... + VİDEO

Ötən ayın sonlarına yaxın Mərkəzi Bankın sabiq sədri, Baş nazirin müşaviri Elman Rüstəmovla bağlı sensasion xəbər yayılmışdı. Aqil Rəsulov ad-soyadlı yeniyetmə videomüraciət yayaraq E.Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirmişdi.

Yeniyetmə demişdi ki, Elman Rüstəmov ona və anasına təzyiq göstərir. O, müraciətdə ölkə Prezidentindən və Birinci vitse-prezidentdən kömək istəyirdi. Aqil iddia edirdi ki, E.Rüstəmov onu Bakıya gətizdirib ruhi-əsəb dispanserinə yerləşdirmək istəyir. Yeniyetmənin iddiasına görə, məqsəd bu yolla anasına (yəni Elman Rüstəmovun qeyri-qanuni arvadına-red.) təzyiq göstərmək olub. 

Sonradan media bu mövzunu araşdırdı. Məlum oldu ki, Aqilin anası Sevinc Rəsulova vaxtilə Mərkəzi Bank sədrinin katibəsi olub. “İşdə məhəbbət macərası” bir uşaqla yekunlaşıb. Yəni Aqil Rüstəmov-Rəsulova məhəbbətinin “meyvəsi” olaraq dünyaya gəlib. Mətbuatın yazdığına görə, sonradan Sevinc Rəsulova ilə Elman Rüstəmov arasında mal-mülk üstündə mübahisə yaranıb. Yenə mediada gedən yazılarda istinadən bildiririk ki, S.Rəsulova son kozır olaraq oğlunu bu işə alət edib. Nəticədə həmin videomüraciət ortaya çıxıb.

Xatırladaq ki, Aqil sonra daha bir müraciət yaydı. Bildirdi ki, atası E.Rüstəmov onu məcbur Bakıya gətizdirməyə çalışır. Yeniyetmənin sözlərinə görə, Bakıya aparıldıqdan sonra atasının göstərişi ilə onu ruhi əsəb dispanserinə salmaq istəyirlər. 

Beləliklə, “Aqilin psixi problemləri var” deyib, mövzunu qapatmağı planlaşdırırlar.  "Globalinfo.az" xəbər verir ki, Elman Rüstəmov Sevinc Rəsulova ilə anlaşıb. O, qadının adına olan əmlakları geri tələb etməyəcəyi haqda söz verib. İndi isə nikahdankənar oğlu Aqil Rəsulovla dil tapmağa yollar axtarır, lakin onu heç cür sakitləşdirə bilmir. 

Mənbə bildirir ki, Elman Rüstəmovla qeyri-leqal ailəsi arasında nifaq onun Mərkəzi Bank sədri vəzifəsində olarkən Sevinc Rəsulovanın adına rəsmiləşdirdiyi xeyli sayda əmlakı geri istəməsindən sonra düşüb. Belə ki, Elman Rüstəmov bir vaxtlar katibəsi olan Sevinc Rəsulovanın adına çoxsaylı mal-mülk rəsmiləşdirib. 


Bu yolla varidatını gizlətməyə çalışıb. Mərkəzi Bankın sədri postundan gedəndən sonra Sevinc Rəsulova ilə əlaqə saxlayaraq ondan əmlakları özünün yaxın qohumlarının adına keçirilməsini istəyib. Sevinc Rəsulova isə bundan imtina edib. Valideynləri arasındakı mal-mülk davasına şahid olan Aqil Rəsulov Elman Rüstəmova sərt sözlər deməklə ondan anasından əl çəkməsini istəyib. Günlərlə davam edən dava-dalaş Aqil Rəsulova pis təsir göstərib və o, videomüraciət yaymaqla Elman Rüstəmovun tələblərinin qarşısını almağa çalışıb. Məsələnin ictimailəşməsi Elman Rüstəmovun geri çəkilməsinə səbəb olub. Deyilənə görə, sabiq baş bankir Sevinc Rəsulovanın adına olan əmlakları geri almaq fikrindən daşınıb.

Aqil Rəsulovu sakitləşdirmək üçün Elman Rüstəmov bütün imkanlarını səfərbər edib. İddialara görə, Aqil Rəsulovun anası Sevinc Rəsulova və nənəsi Elman Rüstəmovun mövqeyindən çıxış etməyə başlayıblar. Xatırladaq ki, yayılan məlumatlara görə Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını illər öncə Dubaya köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb. 

Sevinc Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı maşınların olduğu deyilir. Məlumata görə, E.Rüstəmov Sevinc Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb. Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilir. Aqilin ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib. Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu qalmaqalın ictimailəşməsinin də səbəbi budur.

635x100

Şərhlər

Rüstəmova 2023-01-16 13:48:55

Bunlar,yəni Rüstəmov kimil'ər islam dünyasından və müsəlmançılıqdan təcrid olunmuş və ya heç iskam aləminə aid olmayan, şəxsiyyətini,mənlyini vəzifəyə və pula satanlar millətin üz qarasıdır. Hər bir əməlin öz qaydaları olduğu kimi bu işlərin də öz yolu var.Bu uşağın nə günühə vat ki, bezprizornu vəziyyətdə qalıb?Bu qədər nankorluq,ağılsızlıq,düşüncəsizlik olurmu?

Roma-ya 2023-01-16 12:19:15

Hər şalvar geyinəni kişi adlandırmaq olmaz.Kişinin namusu. sabit ailəsi. normal yaşayışı olar.Belə həyasız və qudurmuşlar kişi kateqoriyasına yox yalnız fərd kimi qəbul etmək olatr. Hər bir işin öz əndazəsi mövcuddur.Belə yaramazlıq isə mənəviyyatsızlqdır.Əfsus ki,indi cəmiyyətə velə millətə yad (ad,soyad,pasport dəyişib ) mənəviyyatsızlar daxil olubar..

t.ədalətə 2023-01-16 10:56:15

Elədir, o ifadəni çox tez-tez işlədirlər, sanki uşaqlıq bir məsələ var, aşağı göstərməyə çalışırlar. Nikahda olub, ya nikahdankənar olub, bunların uşağa heç bir dəxli yoxdur, kimsə uşaqdan soruşmamışdı. Valideynlərin davranışlarının, münasibətlərinin məsuliyyətini uşaq daşımır.

vətəndaş 2023-01-14 19:22:28

Hörmətli AZpolitika Azərbaycanda iki-üç arvadlı məmurların siyahısını dərc edin xalq onları tanısın.

Roma 2023-01-14 15:29:49

Elman Rüstəmov sizi evnən, avtomobilnən, yaşayış vasitələri ilə tam təmin edibdir, siz də dünyanın ən gözəl yerlərində yaşayırsınız, Dubay, İsveçrə və s... daha nə istəyirsiniz???...Kişi vaxtı ilə hisslərini cilovlaya bilməyibsədə, sizi tam təmin edibdir...hər halda mən belə fikirləşirəm, nə deyim???

İlham Abdullayev 2023-01-14 15:19:50

Belə mənəviyyatı pozğun olanlar necə və hansı haqla uzun müddət vəzifələrdə saxlanılır? Bİz gələcək nüfzumuzun qeydinə nə zaman qalmağı öyrənməliyik? Bu necə sistemdir.Hansının bioqrafiyasına diqqət edirsən pozğun. Belə məmləkət dünyada varmı?Nİyə hakimiyyət bunu diqqətdən çıxarıb?Axı bunun fəsadları böyükdür və sağlam cəmiyyətin inkişafına düzəlməz zərbədir.,

t.ədalət 2023-01-14 15:05:11

"Nigahdankənar" sözünü çox işlədib uşağın üzərinə kölgə salmayın.Bəlkə dini kəbin kağızı var?İkincisi də bu gün azərbaycanda nigahdankənar o qədər adam var ki.Əslində,dini nigahı olmayan, zaqs deyilən forma əsasında evlənib Allahdan uzaq,keçmiş "rus kağızı ilə " dünyaya uşaq gətirənlərin sayı o qədər çoxdur ki, saymaq belə olmaz.

Son yazılar