Menu

77 yaşlı Səkinə nənə son pulunu Türkiyəyə göndərib – “Dedi ki, cəmi 50 manat pulu var...” + VİDEO

14.02.2023, 14:44
77 yaşlı Səkinə nənə son pulunu Türkiyəyə göndərib – “Dedi ki, cəmi 50 manat pulu var...” + VİDEO

Maddi vəziyyəti yaxşı olmayan və insanların yardımlarıyla dolanan paytaxt sakini Səkinə Kərimova cibindəki son pulunu Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) bağışlayıb.

“AzPolitika.info” xəbər verir ki, 77 yaşlı Səkinə nənənin bu arzusunu hər səhər onun önündən keçib işə gedən Orxan Xəlilov gerçəkləşdirib.

O, baş berən hadisəylə bağlı bunları deyib: “Səkinə nənə ətrafdakı insanların yardımları ilə dolanır, onların maddi dəstəyi ilə həyata tutunur. Bu gün səhər işə gələndə onu yenə gördüm. Məni yanına çağırıb dedi ki, cəmi 50 manat pulu var.

O, pulunu Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndərmək istədiyini dedi. Əvvəlcə almaq istəmədim, amma ürəyini qırmamaq üçün pulu götürdüm. Daha sonra isə bank vasitəsilə AFAD-a ianə etdim”.

“AzPolitika.info”

Şərhlər

Türk Turan 2023-02-14 17:21:54

Allah Azzə və Cəllə razı olsun sizdən! Zənginlər də baxıb ibrət alsınlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol