Xalq artisti Rasim Balayev Əməkdar incəsənət xadimi Ayaz Salayev və Xalq artisti Şeyx Əbdül Mahmudovun onun haqda səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri OLAY-a açıqlaması zamanı ona irad bildirən rejissorlara cavab verib: "Onlara nə cavab verim? Axmaq, səviyyəsiz adamlardır. Məni camaat seçib. Özü də bizdə legitimdir, o birisi təyinatladır. Onlara cavab vermək istəmirəm. Əhəmiyyətsiz insanlardır. Hər dəqiqə bir dondan o birinə girən adamlardır. Bu haqda heç nə deyə bilmərəm".
R. Balayev həmçinin kino aləminin iki hissəyə bölünməsi ilə bağlı səsləndirilən fikirlərdən də danışıb: "Kino aləmi var? Yoxdur! Kinoda əsas çəkilişdir. O da yoxdur. Kino çəkilişi olmasa, bu ittifaq nəyə lazımdır. Çəkiliş olmalıdır. O da hələlik yoxdur. Görək, agentlik yaradıblar, onlar nə edəcək. Amma çəkiliş olmasa ittifaq da heç nəyə lazım deyil".
Qeyd edək ki, A. Salayev mətbuata açıqlamasında R. Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsinin heç nəyi dəyişməyəcini deyib. Şeyx Əbdül Mahmudov isə Lent.az-a Rasim Balayevin kinoya xəyanət etdiyini, kinonun sahibinin rejissorlar olduğunu söyləyib. Onun fikrincə, Balayev bu işlə razılaşmamalı idi.

Şərhlər
Aktyor adı ilə şərh yazana:...Sizin yazdıqlarınızı mən xatırlayıram və sizinlə razılaşıram. Rasim Balayev bir aktyor kimi sözünü demiş adamdır və mən də onun kinomuza verdiyi töhfəni qiymətləndirirəm. Ancaq bu yaşda və eləcə də onun bu sənəti və xarakteri ilə o vəzifəni hazırkı durumundan "tərpədəcəyinə" inanmıram...Allah köməyi olsun, nə bilmək olar...
Rasim Balayev mövqesiz adamdır. Mənim fikrimə sübut olaraq prezident seçkisi zamanı rəhmətlik Rüstəm Ibrahimbəyov haqqında dediklərini xatırlaya bilersiniz. Internetde ki qalıb. Xatırlatmaq isteyirem bir sayta müsahibəsində demişdi ki xaraktercē mübariz adam deyiləm, mēn qəhrəman deyiləm, yalnız filmlərdə qəhrəmen obrazı yaratmışsm.
Əbdül Mahmudov yaltaq adamdır
Rasim yaxşı aktyordur. Amma idarəetmə onluq deyil. Ayaz da daha çox jonqlyorluq, fantaziyorluq edir. Nəticə isə olmur. Abdul ideyaları ilə fərqlənir. Amma sırf intriqantdır. Harda olsa qırğın qiyamət qoparır. Bunların heç biri sədrliyə uyğun deyil. Həm də AK ittifaqı da heç lazım da deyil...
Ayaz Salayev əsl kino bilicisidi,Rasim Balayevin direktor təyin olunmasıyla kinomuzda heç nə dəyişməyəcək deyərkən tamamilə haqlıdır.Kino sənayesi iflasa uğrayıb bizdə.Yalnız toyxana sənayemiz var deyə müğənnilərdi at oynadanlar,televiziyada səhər-axşam gözümüzü mazol eləyiblər daha.A balam,hansı kanalı açırsan,söhbətin əvvəli də toydu,axırı da,ortası da.Yumorlarımızda mütləq kimsə toya getməlidi,ya da toydan gəlməlidi,ya da toydadı.Bu nə toy xəstəliyidi tutub bizi?Başqa dərdimiz-sərimiz yoxdu yəni bizim?Başqa xalqlar toy eləmirlər yəni?Dünyada yalnız bizik toy eləyən?Əbdül müəllim də haqlıdı,kinostudiyanı işlədən kinorejissorlardı.Rasim Balayev super aktyordu,amma aktyor nə bilsin rejissor işini?A qardaş,bizdə hamı elə bilir yaxşı idmançı yaxşı da məşqçi ola bilər,yaxşı ədəbiyyat müəllimi yaxşı da yazıçı ola bilər,yaxşı qohumu olan yaxşı da nazir ola bilər.Bədbəxtliyimiz də bundadı.Bir qarpızsatan görəndə ki qonşusu kitab yazıb,o da gecələr başlayır nəsə yazıb pozmağa ki,indi nə istəyirsən yaz,qarpız satıb puluynan kitab çap elətdirərəm,olaram yazıçı.Daha qanmır ki,indi yox ee,kapitalizmdə hər zaman yazıçılar,şairlər öz pullarıyla öz kitablarını çap elətdiriblər.Dostoyevski də,Jül Vern də,Tolstoy da,Puşkin də,Aleksandr Düma da,Cek London da,hamısı öz pullarıyla kitablarını çap etdiriblər.Bir tək 70 illik sosializmdə əldəqayırma zakaznoy yazıçılar olub ki,onların kitablarını dövlət çap edib.Kapitalizmdə isə nəşriyyatlar,mətbəələr özəl olur.Nə deyib kitabını pulsuz çap eləməlidir ki nəşriyyatçı?
HÖRMƏTLİ RASİM BƏY. BİZ SİZİ YENİ VƏZİFƏYƏ SEÇİLMƏYİNİZ MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK. SİZƏ İLK NÖVBƏDƏ CAN SAĞLIĞI , UZUN ÖMÜR VƏ KİNOYA YENİLİKLƏR GƏTİRMƏYİ ARZULAYIRIQ. O ŞƏXSLƏR İNDİYƏDƏK DANIŞMAQDAN BAŞQA HEÇ BİR İŞ GÖRMƏYİBLƏR. YENİ UĞURLAR ARZULAYIRIQ.