“Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib kömək istəyir. Əməlli-başlı dərəbəylikdir”.
“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin üzvü, BQP başqanı Fazil Mustafa “Feysbuk” statusunda yazıb.
Millət vəkili daha sonra bildirib ki, Naxçıvana gediş-gəlişin çətinləşdirilməsi xüsusi məqsəd daşıyır.
“Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Üstəlik, əldə etdiyim məlumata görə, bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub, 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm! Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm”.
“AzPolitika”

Şərhlər
Sağ olsun hörmətli millət vəkilimiz!
bu ........... qadar ishinda qalacaq
Dövletin milliardltı tender, dotadiya ve min cür fırıldaq yollarla göye sovrulur, ancaq çoreyi daşdan çıxan, unudılmuş naxçıvanlılar yada düşmür.Tekce AZAL be Azerbaycan demir yollatı idaresi dotasiya adı ile büdceden her il yüz millionlarla manat vessiti demek olar ki talayırlar heç kime de hesabat vermirler .Bizim NK nin heç sesi de çıxmır niye?Yuxarıdan gösteriş yoxdur ona göremi,Bes nu milletin derdine kim ağlayacaq,Cahangir kimi teyyarede dizini yerw qoyub telxeklik eden “ milli qehremanlar”?
Esas mesele burda 350 minden artıq naxçıvanlının halına yanmaq deyil,AZAL prezidenti “русскоязычное население» нин barız ve sedaqetli nümayendesi Cahangir beyin ve onun yaxın etrafının girevanlığını temin etmekdir.Ölkenin en dar gününde Naxçıvan-Ulu Önderin yanın qaçanlar gerek o hünleri unutmasınlar.Naxçıvan ve naxçıvanlılar zamanında öz sözlerini deyibler,mence onların haqqını danmaq kişilikden deyil.
Dərəbəylik halları təkcə bu sahədə deyil ki, demək olar bütün sahələrdə belədir. Allah zalımların belini qırsın. Allah qorusun bizi.
Ölkəmizin bir neçə avia şirkəti, milyardlarla dəyərində uçaqları var! Onlara xərclər də ödənməlidir! Təki çərnişin və məmnun olsun! Qulluq göstərmək arzüsunda da saysız könüllülərimiz də növbədə! Hazırda həm Ərik dövrüdür.