“Mənə istefa çağrışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı. Mən niyə istefa verməliyəm?”
Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.
Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb: “Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var. Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.
““Tərtər işgəncələri”ndə adıçəkilən əsas şəxslər - Nəciməddin Sadıkovun və Hikmət Həsənovun məsuliyyətdən kənarda qalması iddialarına necə yanaşırsınız” sualına Xanlar Vəliyev belə cavab verib: “Hərbi Prokurorluq qanunla üzərinə düşən nə vəzifə varsa, onu da edib. Bu iş bağlanmamışdı. Açıq qalmışdı, onun da səbəbləri vardı. Sonradan bilirsiniz ki, müharibə başlandı… İndi bu iş davam edir. Gələcəkdə nə olacaqsa, onu Baş Prokurluqdan soruşa bilərsiniz”.

Şərhlər
"Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı." Necə yəni? Sən nəyin və kimin qarşısını almısan? "Tərtər işi" dövlətə, xalqa və millətə qarşı düşünülmüş və planlı surətdə həyata keçirilən xəyanətdir. Bu işin üstü açılmalıdır!!! Onda məlum olar ki, kim hansı yuvanın quşudur.
BİABIRCI Bİ CAVAB.HƏLƏ DANIŞMAĞINA BİR BAX.
Elmar kürd olduğuna görə Azərbaycanda ona zaval yoxdur.
Allah zalımların belini qırsın, onlara lənət eləsin!
Qınamıram. Çünki beleleri o qədər harınlayıb ki, artıq idarəolunmadan çıxıblar. . Yeqin ki ölkə başçısı mehz elə bunun bu cavabına göre de sonunu getirecek. Eslinde Xanlar Veliyev qardaşı Elmar öz timsalında dövlete gülle atdıranda (Gəncənin başçısı olarken) istefa verməli idi.
Allah sənin və sənin kimilərin bəlasını versin.Sən 30 ilə yaxındır yaramaz tayfan ilə birlikdə samaata qan uddurmusunuz.Cəzanız AĞIR olacaq.
,,,,,,,,,,, kimi qovulmasa istefa verməyəcək.
Avropada, Amerikada və ya Yaponiyada iyrənc bir hadisəyə birbaşa və ya dolayısıyla dolaşmış yüksək rütbəli məmurların istefa verməsi qədər normal bir şey yoxdur.Belə vaxtlarda üstəlik kütlədən istefa tələbi də eşidərlərsə utandıqlarından istefanın qaçınılmaz olduğunu anlarlar.Bizdə isə istefa və utanmaq mədəniyyəti yerli-dibli olmadığı üçün bu kəlməni eşidincə məmur dəli olar,qəşş edər,isterikaya düşər.Hər şey də ondandı ki,məmurlar kresloya oturdularmı,arxayındılar ki azı 40 il onlarındı o kreslo.Öləndə də əlləri gərək telefon trubksanıda olsun,qəbir evinə də elə kabinetdəncə kresloqarışıq aparsınlar.Var-dövlətə,kresloya və dəf-dumbul çalıb şıllaq atmağa bunca həris başqa bir tayfa olammaz Yer üzündə.
Bele adamın bir cavabı var:eger Sen düz ,vicdanlı bir vetendaş,qanun keşiyinde duran bir dövlet memuransa hardandır sen ve yaxın etrafının qibte olunacaq firevan heyat terzi ve yığdığınız var dövlet,hala emek haqqı ile bunlara nail olmusunuz?Yoxsa Sizlere ele gelir ki,”Terter işi” adlanan bir prosesde zereçeken kimi tanınan ve tanılacaq 2000 herbiçi ve mülki şexsin hamısı yalan danışır,yoxsa onların böyük ekseriyyeti haqlıdır.Bı mesele tam obyektiv araşdırılıb başa çatsa çox papaqlar boş qalar ve Edalat zefer çalar Haqq öz yerini tapar.