XƏZƏRİN SAHİLİNDƏKİ QANUNSUZ HASAR VƏ TİKİLİLƏR SÖKÜLÜR - Açıqlama + FOTOLAR

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarınin hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib ki, bu da haqlı narazılıqlara səbəb olur. Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib.

Qeyd olunan qanunsuzluqların aradan qaldırılması, eləcə də ölkə başçısı cənab İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası məqsədi ilə səhər saatlarından etibarən Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyərlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanılıb. Zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülür. Həmçinin kommunal xidmətlərin işçiləri tərəfindən qayalıq ərazilərinin müxtəlif tullantılardan təmizlənməsinə başlanılıb.

Bildirilib ki, təmizlənən torpaq sahələri çimərlik ərazilərinə birləşdiriləcək və əraziyə nəzarət artırılacaqdır. Eyni zamanda neqativ hallara yol verilməsinin, ərazinin zibillənməməsinin qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və pozuntulara yol verənlərin qanunamüvafiq qaydada cəzalandırılması nəzərdə tutulub. Xəzər dənizi Azərbaycan xalqına bəxş edilmiş bir nemətdir və onu qorumaq hər birimizin borcudur.

635x100

Şərhlər

Səlim Vahabov 2022-06-29 11:12:03

Bu qədər tikintihasarlama gedəndə dövlət idarəçiliyində yer tutan məmurlar , nəzarət etməli olan Polis,yerli hakimiyyət hansımaraqlarından səssiz qalmışlar?Bax, bunlar araşdlrlqlmalı və ciddi soruşturmalar aparılmalıdır.Bir kasıb evində., həyətində tualet tikmək istədikdə dərhal başının üstünü kəsən sahə polisi,bələdiyyə,İcra hakimiyyəti nümatəndələri bəs bu tikinti və mənimsəmələri görmürdü?

turan 2022-06-22 18:15:40

Yenə yerlər kimlər üçün boşaldılır?

t.ədalət 2022-06-22 16:03:09

.Sahilləri tutan və hasarlayan,əsasən Araz Ağalarov,Zakir Fərəcov və onlarla digərləridir.Söküntünü onlardan başlamaq vacibdir ki,xalqın da xoşuna gəlsin.

esger 2022-06-22 14:50:27

Bəs Novxanı Pirşaqı Goradil

dadaşyev 2022-06-22 14:47:19

Bax buna varam!Dənizçi səliqəsi.Sükanı belə saxla.Nəhayət kütlənin səsi eşidildi.Sök,qadan alım,sök ee.Hacıbala sökəmmədi,sən sök.Xilas et Xəzəri türmədən.Görürsən ki,Xəzərin canı sıxıldı,küsüb gedir daha bizdən.Buzovnadan başla,sökə-sökə get,insanlar rahat nəfəs alısnlar,dəniz havası udsunlar.Köhnə sahibləri də Qarabağ tikintisi bitincə qayıtsınlar yurdlarına-yuvalarına.Dağların başında tiksinlər o boyda hasarları ki, erməni uzaqdan görüncə qorxsun.

Son yazılar