MEHDİYEVİN GƏLİNİ ÖZ BANKINA 2 MİLYON BORC VERİB - İllik doqquz faizlə

"Bank BTB" ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub. "Report" xəbər verir ki, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.

Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.

Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri BTB Kapital İnvestisiya Şirkəti ASC-dir.

"Bank BTB" daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək.

Qeyd edək ki, bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

635x100

Şərhlər

Camaat 2022-06-23 09:51:10

Paho bu gəlin fovqəlada "ağıla "sahib imiş.

Vətəndaş 2022-06-22 22:33:56

MALIMIZI PULUMUZU BİZDƏN OLMAYANLAR YEYİRLƏR. ..... ALLAH BİZƏ KÖMƏY OLSUNN!

Cabir 2022-06-22 20:45:31

bu milyonlar haradandır?

Son yazılar