Azərbaycanlı iş adamı Ukrayna ordusuna maliyyə yardımı etdi - “Hər bir şey Ukrayna üçün, hər şey qələbə naminə!” + FOTOLAR

Müharibə dövründəki fəaliyyəti ilə ukraynalılar arasında böyük rəğbət qazanan azərbaycanlı iş adamı Oktay Əfəndiyev növbəti dəfə Ukrayna ordusuna maliyyə yardımı edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Otay Əfəndiyev özünün şəxsi “feysbuk” hesabından paylaşım edib.

“Ukrayna Silahlı Qüvvələrinin yardım fonduna növbəti dəfə 1 milyon qrivna pul vəsaiti köçürdüm. Həmçinin ordunun təchizatı və əsgərlərin maddi texniki bazasının möhkəmləndirməsi məqsədilə Ukrayna Silahlı Qüvvələri Prezident Alayına 1 ədəd dron, 12 ədəd radio texniki vasitə və digər texniki avadanlıqlarla (ümumi həcmi 1,5 ton) dəstəyimizi ifadə etmiş olduq. Hər bir şey Ukrayna üçün, hər şey qələbə naminə!”- deyə, paylaşımda bildirilir.

Xatırladaq ki, uzun müddət Ukraynadakı Azərbaycan diasporasına rəhbərlik etmiş Oktay Əfəndiyev müharibənin ilk günlərindən öz komandasıyla birlikdə Ukraynanın müxtəlif şəhərlərində yaşayan insanlara maddi və mənəvi yardımlar edir.

O, bundan öncə də Ukayna Ordusunun yardım fonduna ümumilikdə 4 milyon qrivna məbləğində vəsait köçürmüşdü. İş adamı maddi yardımlarıyla yanaşı, Ukraynada müharibə nəticəsində dağıdılmış infrastrukturların bərpasında yaxından iştirak edir və Ukraynanın müxtəlif bölgələrində şəxsi hesabına ərzaq yardımları paylayır.

Onu da qeyd edək ki, Oktay Əfəndiyev 2006-cı ildə ölkə başçısı tərəfindən “Şöhrət Ordeni” ilə təltif edilib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar