"DEPUTATLARIN STATUSU HAQQINDA" QANUNDA HANSI DƏYİŞİKLİKLƏR EDİLDİ?- Əvvəl və sonra

Milli Məclisin növbədənkənar sessiyasında “Milli Məclisin deputatlarının statusu haqqında” qanuna dəyişiklik edilib. Qanun 1 iyul 2022-ci il tarixindən qüvvəyə minib. Qanuna edilən dəyişiklikləri təqdim edirik:

Maddə 21. Deputatın maddi təminatı

Əvvəl:Deputat nümayəndəlik səlahiyyətini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır”.

Sonra: “Deputatlara səlahiyyətlərinə yerinə yetirmələrinə görə hər il verilən iki aylıq vəzifə maaşları ləğv edilir”.

Əvvəl: “Mili Məclisin sədri 2475 manat məbləğində aylıq vəzifə maaşı alır”

Sonra: “Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manata artırılır”.

Əvvəl: “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri və onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşlarına əlavə alırlar”

Sonra: “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri və onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alırlar”.

Əvvəl:”Milli Məclisin Sədri,onun müavinləri, deputatlar səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.

Sonra: “Bu müavinət ləğv edildi”

Maddə 29. Deputatın məzuniyyəti

Əvvəl: “Deputatlar məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşları məbləğində müavinət alırlar”.

Sonra: “Bu müavinət ləğv edildi”.

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar