AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT OLUB - FOTO

Səhiyyə naziri Teymur Musayevə yeni müşavir təyin olunub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirin müvafiq əmrinə əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

O, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

635x100

Şərhlər

Bəhrami 2022-07-06 14:07:45

Nazir müşaviri əlahiddə yüksək vəzifəmi? Hər gün dövlətimizə qarşı minlərlə təhdid, əzəli insan hüquqlarından məhrum edilmiş milyonlarla ailə və vətəndaşlarımızın gündəlik qayğıları kənarda qalıb tok-şoular, boş şüarlar, şişirdilən vəzifə təyinatları birlikdə informasiya məkanının 70-83%ni ZƏBT etməkdədir?

Vətəndaş 2022-07-06 10:55:52

Azərbaycanda səhiyyə qalıb ki,hələ onu rəqəmsalla.dırmaq ehtiyacı qalsın? Şrəliyev səhiyyənin atasını yandırıbıİndi işbazlar bazarıdır.Sadə nsan xəstələndisə qəbristanlıqda yer hazırlayın.Heç pulla da səviyyəli xidmət qalmayıb....

Son yazılar