Dosent İlham Əhmədov
Repetitorluq fəaliyyəti ölkəmizdə artıq xeyli vaxtdır ki, kütləvi hal alıb. Buna paralel təhsil də deyə bilərik. Amma repetitorluq hamımızın gördüyümüz kimi, məktəbin pedaqoji mühitini, pedaqoji prosesi, şagird-müəllim, məktəb-valideyn münasibətlərini pis hala gətirib. Nəticədə, məktəbdə təlim-tərbiyə prosesi pozulub.
Bu gün məktəbin fəaliyyəti o dərəcədə sönüb ki, hətta kütləvi repetitorluq da universitetlərə qəbul imtahanlarında keçid balının azalma tendensiyasının qarşısını ala bilmir. Bu gün attestat almağa layiq olmayan məktəblilər kütləvi şəkildə universitetlərə qəbul edilirlər. Qəbul imtahanında 30 % bal yığan məktəbli, 3 aydan sonra 5 fəndən vediyi imtahandan 51% bal necə yığa bilər? Deməli, məktəbdə tədris mühitinin pozulması, ali məktəbin də işini iflic edir.
1 il əvvəl SDU-də imtahanlarda bir az ciddilik olmuşdu, 60% tələbə imtahanlarda kəsildi. Deməli, ciddilik artsa, bu hal digər universitetlərdə də təkrarlana bilər. Məktəbdə tədris prosesini gec də olsa (30 ildən sonra), nəhayət ki, bərpa etmək lazımdır. Əks halda, heç vaxt təhsil düzəlməyəcək.
Məktəbdə tədrisin pozulması, təbii ki, repetitorluğun kütləviliyi ilə əlaqədardır. Repetitorluq fəaliyyəti bəzi müəllimləri pedaqoji fəaliyyətdən çıxardıb, artıq onlar fərdi sahibkar, kommersant olublar. Onlarda pedaqoji təfəkkürdən çox biznes təfəkkür inkişaf edib.
Əgər müəllim, məktəbdəki işindən azad olub repetitorluq edirsə, burda heç bir qəbahət yoxdur. Amma çox vaxt biz əksini görürük. Müəllimlər sinifdə dərs keçməyə həvəsli deyillər (əgər uşaqlar dərsə gəlsələr belə), amma fərdi dərslərdə çox aktivdirlər.
Onu da qeyd edək ki, son 30 il ərzində repetitorluq fəaliyyəti olmasaydı, müəllimlər çox çətin maddi durumda olacaqdılar. Amma bu repetitorluğun ölkədə kütləvi hal alması üçün əsas ola bilməz. Digər ölkələrdə olduğu kimi, bizdə də müəllimlər elə maaş almalıdır ki, repetitorluğa heç bir ehtiyacları olmasın. Repetitorluq müəllimə xeyli əlavə yükdür, yaşa dolduqca ikiqat enerji sərf edərək işləmək müəllimin səhhətini də korlayır, amma başqa yolu da yoxdur.
Müəllimin normal maaşı olsa, əminəm ki, bir çox müəllimlər repetitorluqdan imtina edərlər, daha yaradıcı işlərlə məşğul olarlar. Faciə budur ki, alimlərimizin də çoxu son 30 ildir ki, repetitorluqla məşğul olur. Alimin repetitorluğu onun özünün faciəsi, elmimizin və ölkənin də çox ciddi problemidir. Əslində, elmimizin tənəzzülü də müəyyən qədər repetitorluqla əlaqəlidir.
Bu gün bəzi repetitorları şagirdin təlimindən çox öz mənfəəti, təlimin keyfiyyətindən çox, şagirdlərin kəmiyyəti maraqlandırır. Təbii ki, müəllimin bu hala düşməsi ürək ağrıdır.
Repetitorluq kütləviləşəndə artıq bir çox məktəb direktorları bu proseslərədə əsas “menecer”lərdən birinə çevrilirlər. Bir çox məktəb direktoru dövlət obyektlərini icarəyə verən bir kommersant olur. Belə məktəb direktorları (onların sayı heç də az deyil) məktəbdə pis davamiyyətə nəyinsə müqabilində göz yumur, şagirdlərə saxta qiymətlərin yazılmasında təşkilatçılıq edir, keçilməyən dərslərə görə saatların yazılmasında, bu saatlara görə ayrılan maaşların “verilməsi”ndə qanunsuzluqlara da yol verirlər.
Repetitorluq sahəsindəki bir illik dövriyyə (kölgə iqtisadiyyatının bir sferası olaraq) 1 miliyard manatdan çoxdur. Ona görə də, təhsil məmurları repetitorluğa qarşı nəinki mübarizə aparmır, hətta onu 30 ildir ki, dəstəkləyir, onun inkişafında maraqlı olurlar.
Beləliklə, bir çox məktəblərin idarəedilməsi kommersiya və korrupsiyanın simbiozu olur. Bu səbəblərdən məktəb direktoru olmaq istəyənlərin sayı da dəfələrlə artıb, bu sahədə güclü rəqabət yaranıb. Bu post uğrunda son illər çox gərgin mübarizə gedir. Dəfələrlə mətbuatda qeyd edilib ki, direktor və ya təhsil məmuru olmaq istəyənlər müəyyən əlaqələr yaratmağa cəhdlər edib və bəzən də onlar dələduzlar tərəfindən aldanıblar.
Bəzi məktəb direktorları təhsil müəssisəsinin ağsaqqalı, yol göstərəni yox, baş kommersantı olurlar. Beləliklə, maarif şöbəsi, bütünlükdə təhsil sistemi-aşağıdan üzü yuxarıya doğru kommersiya sisteminə, kommersiya piramidasına çevrilir. Nəticədə, bəzi təhsil məmurları da peşəkar “ kommersant” olmuş, təhsilə müqəddəs fəaliyyət sahəsi kimi yox, böyük bir biznes şəbəkə kimi yanaşırlar. Onlar, əsasən, təhsilin inkişafı haqda yox, təhsildə yeni korrupsiya mexanizmləri yaratmaq barədə düşünürlər.
Kommersant düşüncəli təhsil məmuru (belələri əsasən pedaqoq yox, təhsil sisteminə kənardan, əsasən də biznesdən gələnlər olur) pul naminə tədrisin keyfiyyətini bilərəkdən zəiflədir, özləri çoxsaylı kurslar yaradır, onu şəbəkələndirir, şagirdləri ora yönləndirirlər. Bu prosesdə məqsədli şəkildə keyfiyyətsiz dərsliklərin və tədris materiallarının yaradılması, müəllimlər üçün mənasız təlimlərin keçirilməsi, əhəmiyyətsiz layihələr və qrantların verilməsi də müşahidə edilir.
Bir çox hallarda təhsil kommersantları ölkənin təhsil büdcəsini acımadan talayır, dağıdırlar. Ona görə də, 5 qat artan təhsil büdcəsi təhsilin inkişafına heç nə verə bilmir. 20 ildir ki, neft kapitalı insan kapitalına çevrilə bilmir. Artıq neft də tükənir, amma insan kapitalı hələ də yaranmayıb.
Artıq 20 ildir ki, qlobal təhsil reytinqlərində ölkə təhsili son yerlərdədir. Bu təhsil sistemi ölkə rəhbərliyinin təhsil sistemindən olan gözləntilərini də təmin edə bilməz. Belə idarə edilən təhsil sistemi savadlı, kreativ düşüncəli, tərbiyəli vətəndaş, müasir insan kapitalı yetişdirə bilməz. Belə təhsillə bilik iqtisadiyyatı qurmaq da mümkün deyil.
Amma təhsil məmurları hər vəchlə səriştəsizlik və uğursuzluqlardan diqqəti yayındırmaq istəyirlər. Onlar əsl günahkarlardan, qüsurlu idarəetmədən diqqəti yayındırmaq üçün müəllimləri hədəf seçiblər. Məlum olur ki, bəzi zəif müəlimlər təhsildəki bütün problemlərin səbəbi imiş. Amma azsaylı belə müəllimlər də bu təhsil sisteminin yetişdirməsidir, onların heç biri xaricdə təhsil almayıb, ya da xaricdən saxta diplom gətirməyib. Bu yolla müəllimləri gözdən salmaq, diqqəti çökən təhsil sistemindən yayındırmağa cəhdlər aydın görünür.
Bizim təhsil sistemi artıq 30 ildir ki, bu labirintin içində itib. Amma bu 30 ildə itmiş “təhsil sistemi”ndən faydalananlar da az olmadı. (Paralel.az )

Şərhlər
Hüseyn Cavid demişdir:"İstəyirsən millət millət kimi yox olsun,onun təhsilini əlindəAzərbaycan hakimiyyəti təhsil sahəsini unudub bunu möhtəkir.alverçi və fırıldaqçıların ixtiyarına verib.Qəbulun kompüterlə aprılması və onun doğruluğu onu idarə edəndən və idarə edənə berilən siyahi və tapşırıqlardan bilavasitə asılı olduğunan tam yanlışdır.Abuturiyentin biliyi əyani surətə reaı suallarla təyin oluna bilər.Dövlət İmtahan mərkəzi buraxılmalı.qəbul bir baaş universitetdə keçirilməlidir.Qəbul Komissiyası isə Dövlət təyin etməli və nəzarət etməlidir.Müəllim hazırlığı pərakəndə olmamalı və müəllimlər müvafiq bazası olan universitetlərdə hazırlanmalıdır.Ən əsas isə müəllimləri saxta seçkilərə cəlb edib məsuliyyətsizliyə sövq etmək olduqca yanlışdır.
Məktəblərdə orta təhsilin təşkilinə.dərdliklərin məzmin və yaşa uyğunolmasına.peaqoji universitetlərdə müəllim hazırlığına,bir sinifdə şagirdlərin 45 dəqiqiəlik dərs müddətinə,hər bir şagirdlə müəllimin ünsiyyət qura bilməsi hesabilə neçə şagirdin olması.Azərbaycanda təhsilin səviyyəsini sübut edən kriteriyalardan öncələridir.Əfsus ki.bu məsələlər bu günə qədər açıq qalır və başda nazirlik olmaqla heç kim bu vəziyyətin düzəldilməsinə yönəlik hərəkət etmir.Azərbaycanda orta məktəblərdə təhsil özbaşına buraxılıb və bir növ alver bazasına,şagirdlərdən pul yığma iarəsinə çevrilib.Nazirlik isə bu məsələyə müdaxilə etmir və ya nədənsə etmək istəmir.
Nazim bəy tam reallığı əks edib. Başqa şərhə ehtiyac yoxdur
Salam. Təhsilin keyfiyyətin qaldırmaq üçün, lazım olan başlıca biri, tələbə qəbulu komissiyasını ləğv etmək lazımdır. Ali məktəbə qəbul atestatla olmalıdır. Mənim fikrimcə.
Tehsili olmayan milletin , qeleceyi quyunun dibindedi
Cəmiyyətdə təhsili inkişaf etdirmək üçün boş boş danışıb fərziyyə yürütmək lazım deyil. 3 şərtə əməl etmək lazımdır.
1. Uşaqlar məktəbə 7 yaşdan getməlidir çünki uşaqlar 1-ci sinifə gedərkən çox nəfəri oxuyub yaza bilmir uşaqlıq dövründən məktəbə kitaba dəftərə nifrət yaranır.
2. Sinifdə şagirdlərin sayı 30 35 nəfər olur. Bu halda müəllimlər şagirdlərə dərsi izah etməyə və dərsi soruşmaq üçün vaxt çatmır. Bu halda təhsil keyfiyyətsiz olur. Əgər sinifdə 15 20 uşaq olarsa təhsil keyfiyyəti yüksək olar.
3. Siniflərdə kamera quraşdırılmalı internet vasitəsilə təhsil nazirliyi və valideynlər sinifdə keçirilən təhsili keyfiyyətini müşahidə edilməlidir. Belə olduqda məktəb və universitet müəllimləri məsuliyyət daşıyaraq dərsin keyfiyyətli olmasına çalışacaqlar yoxsa ki orta məktəblərdə müəllimlər dərs keçmirlər ki uşaqlar hazırlığıma gəlsinlər.
Təhsilin keyfiyyətli olması üçünbu tələbləri yerinə yetirmək lazımdır.
Təhsil cəmiyyətin,ölkənin,gənclərin gələcəyidir. Təhsil nazirliyi təhsilin inkişafından danışır amma heç bir tədbir görmür. Təhsili inkişaf etdirmək müəllimləri tez tez attestasiya etdirmək və ya işə qəbul olan müəllimləri yaşadığı kənd və rayonda iş ola ola digər uzaq rayonlara cəlb etməklə inkişaf etdirmək olmur. Bunların hamısı rüşvətə yol açan amillərdir necə ki Elxan müəllimin şərhini oxudum o test imtahanlarından narazıdır niyə? Yəqin ki Elxan müəllim təhsil nazirliyində işləyir müəllimlərin imtahanından və ya yaşadığı yerlərdə işə qəbula görə rüşvət ala bilmir imtahandan rüşvət almaq istəyir belə olan halda təhsil inkişafından danışmaq mümkün deyil.
Yadımdadır hardasa 40 il qabaq BDU-da imtahan verirdim. Mən bileti danışırdım qadın müəlimə 2-ni yazdı mənə. Dedim mən düz danışıram. Gedim kitabı gətirim baxın. Kitablar da arxaya yığılmışdır. Dedi ki kitabdan köçürmüsən. İsti idi pəncərə açıq idi. necə əsəbləşdimsə dedim it qızı səni pəncərədən atacam. Çağırdılar kimlərsə gəldi dedilər şikayətini de ona. Dedim dedi o düz edib. Ona da dedim ki it itin ayağını basmaz. Məni zorla çıxardılar imtahandan. Da bir də burada imtahana gəlmədim. 7 il kitab ağzı açmadan Rusiya universitetlərindən birinə girdim. İndi də uşaqları elə yükləyirlər ki əzab çəkirlər uşaqlar həyatlarından bezirlər. O vaxtkı proseslər indi də başqa bir yolla aparılır.
Məqalədə və šəhrlərdə yazilanlar tam həqiqətdi və təsilimizin dunəni və bu gununu əks etdirir.Təhsilimizi və millətimizin gələcəyin oz šəxsi qazanclarina gorəi bu gunə salanlarin Allah bəlalarini versin,, haram xošlari olsun.
Bu problem ölkədə nazirlik və hakimiyyətdən başqa bütün valideynləri düşündürür. qədər Dəc vəcaitlərinin hazırlanmacından,məktəblərdə təhcilin təşkilinə,müəllimlərin hazırlığı və məculiyyətinə qədər bütün işlər özbaşına buraxılıb.Bu ciddi problemlər uzun illərdir nə idarələr nə də nazirlik tərəfinən həll edilmir. Ona görə valideynlər evladlarının heç olmaa minimum bilik almaları üçün pepititorların köməyinə ehtiyac duyur.
10,11 ci siniflərin davamiyətinə baxan olsa artıq şərhə ehtiyac olmaz???
Nə qədər ki, maaşlar qalxmadan, vergilər çoxalır, lazım olmayan Həmkarlar ittifaqı mövcuddur,bir o qədər belə olacaq.Sizin uşaqlar yemək istəyir, müəllimlər evdə dovşan saxlayır??Bir adamla bacarmırsız,müəllim sinifdə 20-30-40 şagirdə 45 dəqiqə ərzində təhsil qanunu çərçivəsində bilik,savad oturməyə çalışır.
Nə qədər ki,ölkadə təhsil nazirliyinə paralel qurum olan DİM var təhsilin vəziyyəti belə olacaq.DİM vəzifəsi orta məktəbdə keçilən fənlərə uyğun təhsil nazirliyinin mütəxəssisləri tərəfindən hazirlanmış suallara görə müstəqil şəkildə imtahanı keçirmək olmalıdır.Amma DİM özü repetitorluqla şərait yaradır,yəni müxtəlif kitablar dərc edərək orta məktəb proqramından kənar proqramlar təklif edir, və imtahan suallarını da ona uyğun tərtib edirlər,ona görə şagirdlər də məcbur olub orta məktəb proqramını buraxıb,DİM-in hazirladıgi proqrama görə repetitorlar yanına gedirlər.Məsələnin kökünü burada axtarmaq lazımdır.Digərləri məqalədə göstərilib..
Repetitorlug edenlər məgər cilingərdi? Repetitorlugu müəllim edir. Məktəb təhsili sifir dərəcəsindədir, yeni metodlar işləmir, səbəbi əsl pedagoglarin olmamasidir.30 ildə hansi ali təhsil məktəbi əsl pedagog formalasdirib? test üsülü ilə iks-nolik yazmagla ali məktəbə daxil olan məzun nə savada malik olmalidir? Bunun nəticəsidir ki, belə problem yaranib.
« Paralel təhsil » dediyniz görürsüz ki , qüsursuz işləyir ,daha burada fond pulu ,pərdə pulu ,süpürgə pulu ,ad günü ,müəllimlər günü ,8- mart işləmir. Təhsili səriştəsiz rəhbərlər ,seçkii oğruları müəllimlər gözdən saldılar .Birdə ki ,nazir repetitorlar hhaqqıında bir kəlmə dedi artıq növbəyə düzülmüsüz ,guya bu haqda indi xəbər tutmusuz ?
Cəmiyyətin ən ağrılı yeri. Yeni nəsilin fəlakətə sürükləndiy yol. Neçə ki, məktəblərdə təhsilin səviyyəsi qalxmayacaq və hökümət bu yöndə səyləri ələ almayacaq, vəziyyət daha da pis olacaq. Əksər müəllimlər sinifdə ona ayrılan saat da dərs vermir, amma valideyinləri məcbur edirlər ki, onlar övladlarını yüksə xidmət haqqı müqabilində onlara hazırlığa gətirsinlər. Təhsil naziri isə çıxb camaatın bildiyi məsələləri onlara xatırlatmaqla məşquldur. Hansı ki, təhsil naziri bunun əvəziunə hər rübdə hər bir fənn üzrə müəllimlərin dərs dediyi şagirdləri testən keçirməli, mənimsətmə qabiliyyəti aşağı olan müəllimləri təhsildən uzaqlaşdırmalıdır. Təbii ki, bnu yöndə söz təhsil ekspertlərinindir. Təbii, onları da diqqətə alan olsa.